Icma.az
close
up
RU
Bayram yolkaları və bəzək əşyaları niyə bahadır? AÇIQLAMA

Bayram yolkaları və bəzək əşyaları niyə bahadır? AÇIQLAMA

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Yeni ilin yaxınlaşması ilə əlaqədar bayram yolkaları və bəzək əşyalarına tələbat artıb. Bayramın əsas simvollarından olan yolkaların qiymətlərində isə bu il də artım müşahidə olunur. Alıcıları ən çox maraqlandıran məsələlərdən biri də məhsulların qiymətlərində baş verən dəyişikliklərdir.


2024-cü illə müqayisədə 2025-ci ildə həm süni, həm də təbii yolkaların qiymətlərində artım qeydə alınıb. Belə ki, ötən il stolüstü suvenir yolkalar 3–9 manat arasında təklif olunduğu halda, bu il onların qiyməti 5–15 manat aralığında dəyişir. Kiçik və orta ölçülü süni yolkalar isə keçən il 35–150 manat arasında satılırdısa, bu il eyni ölçülü yolkaların qiyməti 50–250 manat arasındadır.


Bazarda aparılan müşahidələrə görə, 2024-cü ildə 1.20 metr süni yolkanın qiyməti 90–100 manat olduğu halda, 2025-ci ildə bu göstərici 150–200 manata yüksəlib. Daha böyük — 1.80–2 metr ölçülü süni yolkaların qiyməti isə bu il 250–350 manat arasında dəyişir. Təbii yolkalarda da bahalaşma nəzərə çarpır. Ötən il 1.50 metrədək olan canlı yolkalar 400–450 manata satıldığı halda, bu il qiymətlər 500–600 manatdan başlayır.

Satıcılar qiymət artımını əsasən, mövsümi tələbat, idxal və saxlanma xərcləri ilə əlaqələndirirlər.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, yolkalar və bayram bəzəkləri mövsümi məhsul olduğu üçün qiymətlərin formalaşmasında əsas rol oynayan amillərdən biri məhz mövsüm faktorudur.

Onun sözlərinə görə, bu məhsullar əsasən noyabr–dekabr aylarında satılır və həmin dövrdə satılmayan mallar növbəti ilə qədər anbarda saxlanılır. Bu isə əlavə saxlanma xərcləri, məhsulun dəyərdən düşməsi, zədələnmə və itki riskləri yaradır:


"Məhz buna görə də satıcılar tələbatın səviyyəsinə uyğun olaraq fərqli qiymət strategiyaları müəyyən edirlər. Qiymətlər noyabr ayında bir qədər aşağı, dekabr ayında isə daha yüksək ola bilər. Bayrama az qalmış isə məhsulların tez satılması üçün qiymət endirimlərinə də gedilə bilər".

İqtisadçı əlavə edib ki, qiymətlərə təsir edən digər vacib amillərdən biri də valyuta məzənnəsidir:

"Hazırda Azərbaycan manatının ABŞ dollarına nisbətdə sabit qalması (1 dollar = 1.70 manat) dollarla idxal olunan məhsullarda ciddi qiymət dəyişikliklərinə səbəb olmur. Lakin bayram məhsulları rubl və ya avro ilə idxal edildikdə, həmin valyutaların bahalaşması qiymətlərin ötən illə müqayisədə artmasına gətirib çıxarır".

Qeyd edək ki, bazarda yolkaların və bəzək əşyalarının qiymətləri ölçü, material və keyfiyyətə görə dəyişir. Satıcılar isə alıcılara bayram alış-verişini son günlərə saxlamamağı tövsiyə edirlər.

Fəridə,BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Dekabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri