Icma.az
close
up
RU
Azərbaycandakı “5 ci kolon”un sonu təhlükə sovuşdu(mu)

Azərbaycandakı “5 ci kolon”un sonu təhlükə sovuşdu(mu)

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ekspert deyir ki, Moskvanın uzantıları həm biznes sferasında, həm mediada, həm də QHT-lərdə qalmaqdadır

“Day.az” informasiya portalı Rusiya hakimiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin artmasının səbəbi barədə məqalə dərc edib. Məqalədə Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsindən bəhs edilib.

Yazıda həmin şəbəkənin üzvü olmuş bir neçə şəxsin adı da açıqlanıb. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi və şəbəkənin rəhbəri olan Ramiz Mehdiyev, eləcə də ordudakı uzantısının rəhbəri Nəcməddin Sadıkov vəzifədən kənarlaşdırıldı. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oqtay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov oxşar aqibətlə üzləşdi.

Rusiyayönlü şəbəkənin Azərbaycandakı daha bir üzvünün Azər Qasımov olduğu iddia edilib. Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan “yoxa çıxan” Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilib. Onun Rusiya FTX ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırılıb.
Məqalədən belə anlaşılır ki, Moskvanın Azərbaycana qarşı tutduğu radikal mövqenin əsl səbəbi ölkəmizdə Rusiya şəbəkəsinə qarşı həyata keçirilmiş tədbirdir, bu siyasət Moskvanın, yumşaq desək, xoşuna gəlməyib.

Yada salaq ki, may ayında Rusiyanın ciddi nəşrlərindən olan “Vedomosti” belə bir xəbər yaymışdı ki, prezident Administrasiyası rusiyapərəst siyasətçiləri (“beşinci kolon”) və informasiya siyasətini gücləndirmək qərarına gəlib. Bu sahə ilə məşğul olmaq Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya və ona tabe olan idarələrin əməkdaşlarına həvalə edilib. Doğrudur, söhbət Ermənistandan gedirdi, amma o zaman da xüsusi sual kimi qeyd etmişdik ki, Azərbaycan hökumətinin ağıllı gedişləri nəticəsində rus qoşunlarının Qarabağdan rədd olub getməsindən sonra buradakı “5-ci kolon” da yetərincə zəiflədi. Lakin bu bizi qətiyyən arxayın etməməlidir. Çünki Rusiyanın ölkəmizdəki bağları zəif deyil. Biz ayıq olmalı, baş verən prosesləri yaxından izləməli və düşünülmüş gedişlər etməklə “5-ci kolon”un fəaliyyətini tam nəzarətdə saxlamalıyıq.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat”a dedi ki, Rusiyanın keçmiş müstəmləkələrində, o cümlədən Azərbaycanda ona xidmət edən məmurların olması qeyri-adi hal deyil:

“Azərbaycanda uzun illər həmin məmurların mövqeyi və təsir imkanları geniş olub. Bütün sahələrdə və strukturlarda geniş təmsil olunublar və dövlət siyasətinin formalaşdırılmasında və icrasında söz sahibi olublar. Bunlar inkaredilməz faktlardır. Lakin ölkəni Rusiya təsirindən tam çıxarmaq və təhlükəsizliyinin daha etibarlı və güvənli təmini üçün son illər atılan qətiyyətli addımlar nəticəsində Kremlin bu imkanları məhdudlaşdırıldı. Amma tamamilə aradan qaldırmaq mümkün olmadı. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra onun rəhbərliyi altında fəaliyyət göstərən Rusiyaya bağlı qüvvələr sıradan çıxarıldı. Onların bir çoxu öz postlarından kənarlaşdırıldı. Bununla paralel olaraq sovetdənqalma idarəetmə fəlsəfəsi və metodologiyası dəyişdirildi. Struktur və kadr islahatları aparıldı. Təbii ki, bütün bunlar heç də asan olmadı. Müxtəlif müqavimətlə üzləşsə də, proses ləng getsə də, Kremlin adamları yerlərini Qərb təhsili görmüş gənclərə vermək məcburiyyətində qaldı. Fikrimcə, hələ də Moskvanın uzantıları həm ali dövlət strukturlarında, həm biznes sferasında, həm mediada, həm də QHT-lərdə qalmaqdadır. Sadəcə olaraq, onlar hücrələrində əlverişli məqam gözləyirlər. Bu gün Ramiz Mehdiyev və PA-nın sabiq şöbə müdiri Əli Həsənovun kadrları hələ də imtiyazlı mövqelərini saxlamaqdadır. Təəssüf ki, "5-ci kolon" öz dəst-xəttini hansısa gözəgörünməz güclərin çətiri altında açıq şəkildə davam etdirməkdədir. İstefaya göndərilən və vəzifələrindən uzaqlaşdırılan Nəcməddin Sadıkovun, Əli Həsənovun, Əbülfəz Qarayevin, Elmar Məmmədyarovun, Eldar Mahmudovun və digərlərinin Rusiyanın adamları olması barədə istər cəmiyyətdə, istərsə də mətbuatda mütəmadi məlumatlar dolaşıb, müzakirələr aparılıb.

Lakin Milli Məclisin keçmiş sədri Oqtay Əsədov haqqında belə fikirlərin yayılmasını eşitməmişəm. Mən onun həmin siyahıda olmasını zənn etmirəm. O ki qaldı Rusiyanın Azərbaycana artan təzyiqlərinin adamlarının vəzifədən uzaqlaşdırılması ilə bağlı olmasına, məsələnin buna bağlanmasını əsaslı saymıram. Rusiyanın, vurğuladığım kimi, kadrları hələ də hakimiyyətin müxtəlif qollarında və digər sahələrdə qalmaqdadır. Zəif fiqurlar da deyil. Rusiyanın imperiyapərəst və müstəmləkə siyasəti həmişə postsovet dövlətlərinə təhdid kimi qalır. Krem son dönəmlər postsovet məkanında varlığını möhkəmləndirmək və itirdiyi mövqeyini bərpa etmək yönündə hərəkətə keçib. Artıq biz daha hədələyici və davakar aqressiv ritorikanı aydın eşidirik. SSRİ xalqlar həbsxanası adından görünür ki, imtina etmək istəmir. Hesab edirəm ki, Prezident İlham Əliyev Rusiya faktorunu və Kremlə bağlı olan məmurları aradan nə qədər tez qaldırsa, o qədər təhlükəsizliyimizi qarantiyaya almış olarıq. Yuxarıda sadalanan məmurlar artıq ekslərdir. Fəaliyyətdə olanlar qorxuludur. Qeyd etdiyiniz kimi, Kreml ən vacib sahələri - müdafiə, təhlükəsizlik, xarici siyasət kimi həyati əhəmiyyətli sahələri, həmçinin qanunverici hakimiyyəti və digər təsisatları uzun müddət təsir altında saxlayıb. Biz təkcə dövlət idarəetməsindən deyil, siyasi partiyalardan da Kremlə bağlı qüvvələrin zərərsizləşdirilməsi məsələsinə diqqət yetirməliyik. Nəzərə almaq lazımdır ki, Rusiya əsrlər boyu heç dəyişmədi".

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl Sherg.az-a bunları deyib:

“Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin. Eyni zamanda "casus statusu" daşımayan, lakin təsir imkanlarına malik şəbəkə də formalaşdırsın. Bu təsir şəbəkəsi adətən səlahiyyət sahibi olan şəxslər arasından seçilir. Belə şəxslər Rusiyanın maraqlarına uyğun olaraq müəyyən proseslərə yön verə və daxili siyasətə təsir göstərə bilirlər. Onların bu fəaliyyətləri bəzən açıq şəkildə, bəzən isə daha gizli formada həyata keçirilir. Əksər hallarda bu şəxslərə fərdi səviyyədə müəyyən imtiyazlar və qarşılıqlı maraqlar təqdim olunur. Məsələn, onların bəzilərinin Rusiyada biznes fəaliyyəti ilə məşğul olmaları üçün şərait yaradıldığı barədə məlumatlar dolaşır. Ümumilikdə, “5-ci kolon” və təsir şəbəkəsi bir-birindən fərqləndirilməlidir. “5-ci kolon” daha çox təşkilatlanmamış formada mövcud ola bilər. Lakin təsir şəbəkəsi ilə daim məqsədyönlü şəkildə iş aparılır, onlara tapşırıqlar və fəaliyyət istiqamətləri verilir. Bu əlaqələr bəzən rəsmi və ya qeyri-rəsmi qurumların fəaliyyəti fonunda, olduqca təbii və adi görünən şəkildə qurulur. Buna görə də arxa planda baş verənlər şübhə doğurmur".

Ekspert qeyd edib ki, Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə Rusiyanın təsiri altında olan bəzi şəxslər açıq şəkildə üzə çıxdılar: “Onların bir çoxu qısa zamanda vəzifələrindən azad edildi. Həmin şəxslərin fəaliyyəti ilə bağlı detallı məlumatlar yəqin ki, müvafiq dövlət qurumlarına məlumdur. Odur ki, onlar barəsində müvafiq tədbirlərin görülməsi də mümkündür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 İyul 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see368

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see252

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see235

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see229

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see224

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see218

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see213

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see210

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see206

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see202

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see201

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see184

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see183

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see179

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see177

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see177

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see169

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri