“Chrome”un Azərbaycandakı payı azalıb
Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amma brauzer mübahisəsiz lider olaraq qalır
“Google Chrome” Azərbaycanda ən populyar brauzer olaraq qalır. AYNA.AZ xəbər verir ki, Qlobal Statistika Mərkəzinin məlumatlarına əsaslanan hesablamalarına görə, sentyabr ayında “Google Chrome”un bazar payı əvvəlki aya nisbətən 2,15 faiz bəndi azalaraq 78,33 faiz təşkil edib.
Qeyd olunub ki, bu dövrdə “Safari” internet brauzerinin Azərbaycan bazarındakı payı 8,49 faiz təşkil edib (1,04 faiz bəndi artıb).
“Global Stats” məlumatlarına görə, internet brauzeri olan “Firefox” siyahıda növbəti yeri tutub. Mərkəzin məlumatına görə, onun Azərbaycandakı bazar payı 0,65 faiz bəndi artaraq 5,47 faizə çatıb.
Qlobal Statistika Mərkəzinin məlumatına görə, bu dövrdə “Samsung”un internet brauzerinin payı 0,25 faiz bəndi artaraq 3,92 faizə, “Edge”in payı isə 0,18 faiz bəndi artaraq 2,09 faizə çatıb.
Hesabat dövründə “Opera” internet brauzerinin bazar payının 0,03 faiz bəndi artaraq 1,07 faizə çatdığı vurğulanıb. Mərkəzin hesablamalarına görə, “Yandex Browser”in bazar payı bu ilin sentyabr ayında əvvəlki aya nisbətən 0,02 faiz bəndi artaraq 0,39 faizə çatıb.
Qeyd edək ki, “Google Chrome” veb saytında dərc olunmuş məlumata görə, “Google” 6 oktyabrda Android üçün “Chrome 155”i - 155.0.8059.39 versiyasını buraxıb. Yeniləmə tədricən “Google Play”də əlçatan olur.
“Google” bildirib ki, yeniləmə stabillik və performans təkmilləşdirmələrini əhatə edir. Qeyd edək ki, kompüterlər üçün “Chrome Stabil” kanalı da 6 oktyabrda aşağıdakı kimi yenilənib:
“Windows” və “Mac”: 155.0.8059.39/.40
“Linux”: 155.0.8059.39
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 Oktyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















