Icma.az
close
up
RU
Menu

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

Azərbaycandakı Amerika TƏHLİL

Azərbaycandakı Amerika TƏHLİL

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Modern.az bu gündən ölkə mediasında ilk dəfə olaraq “Azərbaycandakı xarici ölkələr” layihəsinə start verir.

Rubrikamızın ilk mövzusu Amerika Birləşmiş Ştatlarına (ABŞ) həsr olunub.

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər bu gün başlamayıb. XIX əsrin sonunda Bakı neftinə ABŞ şirkətlərinin marağı, XX əsrin əvvəllərində Xalq Cümhuriyyətinin Vaşinqtona ünvanladığı məktub, 1991-ci ildən sonra isə rəsmi diplomatik əlaqələrin qurulması, bütün bunlar bir zəncirin halqalarıdır.

Tarixin hər dönəmində Amerika Azərbaycana fərqli gözlə baxıb. Bəzən sərmayə obyekti, bəzən strateji tərəfdaş, bəzən də geosiyasi meydançanın parçası kimi qəbul edib. Doğrudur, zamanla ABŞ Cənubi Qafqaz siyasətində bəzən Azərbaycanı görməzdən də gəlib, bəzən ikili yanaşma da nümayiş etdirib.

Odur ki, obyektiv olaraq iddia edə bilərik ki, amerikalıları həm fürsət, həm də risk mənbəyi kimi görmüşük. 

Bugünkü yazıda Modern.az oxucuları üçün maraqlı olacaq suallara cavab axtarırıq.

Azərbaycandakı Amerika necə görünür?

Azərbaycandan Amerikaya baxış necədir?

Və ən əsası, bu münasibətlərin gələcəyi nədən asılıdır?

İlk münasibətlər və Azərbaycan Xalq Cümhuriyyəti dövrü

XIX əsrin sonlarında Bakı nefti az qala dünyanın yarısını işıqlandırırdı. Bu zənginlik “Standard Oil” kimi amerikalı nəhəngləri cəlb etmişdi.

1879-cu ildə amerikalı nümayəndələr Bakıya gəlib neft bazarını öyrənməyə başladılar. Çar Rusiyası onların fəaliyyətini məhdudlaşdırsa da, artıq ilk təmas qurulmuşdu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda, gənc dövlətin rəhbərləri ABŞ-la əlaqələr qurmağa cəhdlər etdilər. 1919-cu ilin yanvarında prezident Vudro Vilsona məktub göndərildi. Eyni ildə general Ceyms Harbord Bakıya gəldi, vəziyyəti öyrənib Vaşinqtona hesabat verdi. O yazırdı: “Azərbaycan xalqı müstəqilliyə hazırdır”. 

1919-cu il mayın 28-də Azərbaycan Cümhuriyyəti dövlət müstəqilliyinin birinci ildönümünü təntənə ilə qeyd etdiyi bir vaxtda Parisdə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Vilsonla görüşürdü.

Amma ABŞ rəsmi tanımaya getmədi. Beləliklə, Cümhuriyyət dövründə Amerika ilə münasibətlər ancaq qarşılıqlı rəğbət səviyyəsində qaldı.

1920-ci ilin aprelində Azərbaycan Rusiya ordusu tərəfindən işğal edildi. O andan etibarən Bakı ilə Vaşinqton arasındakı bütün yollar Moskva üzərindən keçirdi. ABŞ diplomatları üçün Azərbaycan sadəcə “Sovet İttifaqının neft mərkəzi” idi. İkinci Dünya müharibəsi zamanı amerikalı hərbçilər İran limanlarından Xəzər dənizi vasitəsilə daşınan lend-liz yüklərinə nəzarət edirdi.

Müstəqillikdən sonrakı diplomatik əlaqələr

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanı ABŞ 1992-ci ilin martında tanıdı. Elə həmin il Bakıda ABŞ səfirliyi açıldı. Bu ölkənin Azərbaycandda ilk səfiri Riçard Kozlariç (1994–1997) olud.

Onun ardınca Stenli Eskudero, Ross Uilson, Enn Dörsi, Riçard Morninqstar və başqaları gəldi. 
Hazırda (2025) ABŞ-ın Azərbaycandakı səfirliyinin fəaliyyəti enerji, demokratiya, insan haqları və təhlükəsizlik mövzuları ətrafında dövr etsə də, bir xətt dəyişməyib. ABŞ Azərbaycanı bölgənin enerji mərkəzi kimi görür.

Siyasi və iqtisadi münasibətlər

Ən çətin məqam 1992-ci ildə qəbul edilən məşhur və qərəzli 907-ci düzəliş idi. Bu qanun Azərbaycana ABŞ yardımını qadağan edirdi. 2001-ci ildən sonra düzəlişin tətbiqi dayandırıldı, amma siyasi yaddaşdan silinmədi. 

Buna baxmayaraq, iqtisadi əməkdaşlıq inkişaf etdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə “ExxonMobil”, “Chevron” kimi nəhənglər Bakıya gəldi. 

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında ABŞ-ın rolu böyük oldu. ABŞ indiyədək Azərbaycanın enerji sektoruna 10 milyard dollardan çox sərmayə yatırıb. 

Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır, regionda birbaşa xarici sərmayələr ən çox Azərbaycana yatırılıb.

2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 1,2 milyard dollar olub. Qeyri-neft sektorunda əməkdaşlıq zəif olsa da, böyük potensial var.

Mədəniyyət və təhsil əlaqələri

ABŞ-ın Azərbaycandakı imici təkcə neftlə ölçülmür. 1990-cı illərdən başlayaraq yüzlərlə gənc “Fulbright”, “Muskie Fellowship” və digər proqramlarla Amerikada təhsil alıb. 1993–2020-ci illərdə 6000-dən çox azərbaycanlı tələbə ABŞ universitetlərində oxuyub.

Bu gün də 1000-dən artıq azərbaycanlı gənc Amerikanın müxtəlif şəhərlərində təhsilini davam etdirir. 

Mədəniyyət sahəsində də əməkdaşlıq canlıdır. Caz musiqiçilərinin konsertləri, kino festivalları, “American Councils” proqramları və ABŞ səfirliyinin “Amerika guşələri”. “McDonald’s” və “Coca-Cola” amerikalıların gündəlik həyatımıza daxil olmasının simvoludur.

Amerikalılar Azərbaycanda

1990-cı illərdə Bakıdakı neft bumu zamanı burada 2000-dən çox amerikalı yaşayırdı. İndi bu rəqəm təxminən 700 nəfərdir. Onların arasında biznesmenlər, müəllimlər, diplomatlar və tələbələr var.

Minsk Qrupu və vasitəçiliyin ABŞ tərəfi 

1992-ci ildən ABŞ ATƏT-in Minsk Qrupunda həmsədr kimi təmsil olunub. Ceyms Uorlik, Metyu Brayza, Riçard Hoqland və başqaları Qarabağ məsələsində öz məssəblərində vasitəçilik ediblər.

2001-ci ildə Paris və Key Vest danışıqları, 2010-cu illərdə Vaşinqton görüşləri, demək olar ki, hamısı nəticəsiz qaldı. 2020-ci ildə 44 günlük müharibədən sonra Minsk Qrupu faktiki olaraq dağıldı. ABŞ vasitəçilik rolunu Avropa İttifaqına ötürsə də, region siyasətində maraqlarını qorumağa çalışır.

Tramp dövrü və Zəngəzur dəhlizi

Son zamanlar Azərbaycanın aktor olduğu layihələrə, xüsusilə Zəngəzur dəhlisi məsələsinə Donald Tramp administrasiyası xüsusi diqqət yetirir.

Vaşinqtonda keçirilən üçtərəfli görüşlər və əldə edilən nəticələr dediklərimizin əyani isbatıdır.
ABŞ ekspertləri Zəngəzuru yeni “İpək Yolu” adlandırırdı. İndi isə bu layihəni “Tramp dəhlizi” kimi təqdim edir. Çünki dəhliz həm enerji, həm də NATO üçün strateji imkanlar açırdı. Amma Azərbaycan onu da unutmur ki, 2020-ci il müharibəsi zamanı ABŞ yalnız atəşkəs çağırışları ilə kifayətlənirdi.

Azərbaycanlıların Amerikaya münasibəti

Cəmiyyətin Amerikaya baxışı ikilidir. Bir tərəfdən ABŞ təhsil, elm, texnologiya və sərmayə ilə fürsətlər ölkəsidir. Digər tərəfdən, 907-ci düzəliş və Qarabağ siyasəti azərbaycanlılarda narazılıq doğururdu. Gənclər üçün ABŞ hələ də arzuolunan təhsil ünvanıdır. Amma siyasi dairələrdə etimad böhranı son zamanlar yeni mərhələyə, qarşılıqlı əməkdaşlıq fazasına keçib.

Təssdüfi deyil ki, ötən gün Amerikada səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yeni yaranmış münasibətlər fonunda 907-ci düzəlişin ləğvinin vacibliyini qarşı tərəfin rəsmilərinin diqqətinə çatdırıb.

Bəli, Amerika Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir, amma bölgədə daha çox enerji və geosiyasət prizmasından baxır. Azərbaycan isə ABŞ-ı həm fürsət, həm də risk mənbəyi kimi qəbul edir. Münasibətlərdə bəzən gərginlik olsa da, strateji maraqlar onları bir-birinə bağlayır.

Görünən odur ki, son zamanlara qədər Azərbaycanda bir az bulanıq, bir az qeyri-səmimi olan Amerika indi qarşılıqlı münasibətlərdə maraqlıdır. 

Vaşinqtonda keçirilən üçtərəfli, ABŞ-Azərbaycan-Ermənistan liderilərinin görüşü, yenə orada Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Azərbaycandakı Amerikanın imicinə müsbət çalarlar verir.

Bir cümlə ilə Azərbaycandakı Amerikanı ifadı etmiş olsaq, sərmayəsi ilə iqtisadiyyatda, diplomatiyası ilə siyasətdə, proqramları ilə təhsildə, brendləri ilə gündəlik həyatda hiss olunan, amma münasibətlərində həm fürsət, həm də ziddiyyət daşıyan qlobal varlıqdır.

Heç şübhəsiz ki, münasibətlərdə son istiləşmə, həm də Azərbaycandakı müsbət imiclər həm də 44 günlük savaşın regionda və dünyada yaratmış olduğu reallıqların təzahürüdür.

Modern Təhlil və Araşdırma Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Sentyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see268

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see237

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see213

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see185

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see185

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see181

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see181

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see178

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see177

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see177

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see171

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see169

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see168

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see167

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see165

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see159

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see157

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see156

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see147

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri