Icma.az
close
up
RU
Azərbaycandakı Fələstin TƏHLİL

Azərbaycandakı Fələstin TƏHLİL

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Modern.az-ın “Azərbaycandakı xarici ölkələr” layihəsinin budəfəki mövzusu Fələstinə həsr olunur. 

Fələstin son günlər dünya mediasının əsas diqqət mərkəzindədir. Bu həftə BMT Baş Assambleyası çərçivəsində Fələstinin müstəqilliyinin tanınması müzakirə ediləcək. 

Bu məsələdə ən çox iş görən ölkələrdən biri Türkiyədir. Qardaş ölkənin lideri hazırda Amerikada səfərdədir və gündəliyi əsas mövzusu Fələstin məsələsidir. 

Artıq Kanada, Britaniya, Avstraliya, Portuqaliya kimi ölkələr Fələstinin müstəqilliyini tanıyıb, bir neçə Avropa ölkəsinin də oxşar addım atacağı gözlənilir. 

Qeyd edək ki, burada Fələstin dedikdə hazırda Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Administrasiyası nəzərdə tutulur. 

İordan çayının qərb sahilinə yerləşən ölkə ərazisinə giriş məhduddur və burada səfirliklər mövcud deyil. Fələstinə yalnız İsrail vasitəsilə və ya İsrailin nəzarəti altında olan yolla getmək mümkündür. 

Bu gün Qəzza zolağında Fələstin xalqının əzab çəkməsi fonunda Modern.az oxucuları üçün maraqlı olacaq suallara cavab axtarırıq:

Azərbaycandakı Fələstin necə görünür?

Azərbaycandan Fələstinə baxış necədir?

Və ən əsası, bu münasibətlərin gələcəyi nədən asılıdır? 

Azərbaycan Fələstinin müstəqilliyini hələ 1992-ci ildə, müstəqilliyin əldə edilməsindən bir neçə ay sonra tanıyıb. Tanınma qarşılıqlı olub. 

Bakı ilə Ramallah arasındakı əlaqələr ilk illərdə əsasən beynəlxalq təşkilatlar müstəvisində formalaşıb. 
Hər iki tərəf BMT, İƏT və Qoşulmama Hərəkatında bir-birini dəstəkləyib. 

Fələstinin Azərbaycandakı səfirliyi 2011-ci ildə açılıb. 

İlk səfir Nasir Əbdül Kərim Əbdül Rəhim 2010-cu ildə etimadnaməsini təqdim edib və uzun müddət bu vəzifədə qalıb. 

2025-ci ildən etibarən Əhməd Metani səfir təyin olunub. Azərbaycanın Ramallahdakı statusu nümayəndəlik səviyyəsindədir, tam səfirlik yoxdur. 

Yüksək səviyyəli səfərlərdən ən mühümü 2011-ci ilin iyununda Prezident Mahmud Abbasın Bakıya rəsmi səfəri olub. 

Sonrakı illərdə də XİN rəhbərlərinin qarşılıqlı səfərləri davam edib.

Azərbaycandakı fələstinlilər

1990-cı illərdən bu yana əsasən tələbələr və humanitar sahədə çalışan fələstinlilər kiçik icma formalaşdırıb. 

Rəsmi statistika açıqlanmasa da, açıq mənbələrə görə bu gün Azərbaycandakı fələstinlilərin sayı bir neçə yüz nəfərdən çox deyil. 

Onların bəziləri Azərbaycan vətəndaşlığını qəbul edib, bəziləri azərbaycanlılarla ailə həyatı qurublar. 

Vətən Müharibəsi zamanı şəhid olan fələstinli gənc Muhammad Eissavi də belə ailələrdən birinin övladıdır. 

Onun atası 1998-ci ildə Bakıya gəlib və burada çalışdığı şirkətdə işləyən azərbaycanlı xanımla ailə həyatı qurub. 

Bakı məktəbinin məzunu olan Eissavi Xocavənd, Ağdam istiqamətində döyüşlərin iştirakçısı olub. 

Müharibənin son günündə - noyabr ayının 9-da şəhadətə ucalıb. 


Təhsil, mədəni əlaqələr

Azərbaycan müxtəlif illərdə fələstinli tələbələri təqaüdlə təmin edib. Son olaraq 2024/25 tədris ili üçün 15 fələstinli gənc Heydər Əliyev Beynəlxalq Təqaüd Proqramına qəbul olunub. 

Ancaq onların Azərbaycana gəlməsi gecikib. Bir neçə gün əvvəl Qəzzadan 14 tələbə xüsusi marşrutla Bakıya gətirildi və təhsillərinə başladılar. 

Fələstinin sabiq ədliyyə naziri Məhəmməd əl-Şəlalədə də vaxtilə Azərbaycanda magistr və doktor dərəcələri alıb. Bir müddət əvvəl isə Azərbaycan Fələstində uşaqlar üçün orta məktəb inşa etməyi öhdəsinə götürüb. Məktəb Fələstinin Nablus şəhərində yerləşəcək. Təhsil ocağı 600 fələstinli uşaq üçün nəzərdə tutulub. Məktəb fələstinli uşaqların təhsil almaq imkanlarını genişləndirəcək və Azərbaycanın humanitar dəstəyinin bir hissəsi olacaq. 

Mədəni sahədə isə səfirlik “Fələstin Günü”, film nümayişləri, sərgilər və müxtəlif tədbirlərlə fəallıq göstərir. 

Siyasi və iqtisadi münasibətlər 

Azərbaycan Fələstinin dövlətçiliyini və iki dövlətli həll modelini açıq şəkildə dəstəkləyir. Prezident İlham Əliyev dəfələrlə bu mövqeyi vurğulayıb. Fələstin də öz növbəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək verib. Xüsusilə Qarabağ məsələsində fələstinli rəsmilər Azərbaycanın ədalətli mövqeyini tanıyıblar. İki ölkə arasında ticarət həcmi kiçikdir. 

Rəsmi statistikaya görə 2019-cu ildə 438 min, 2020-ci ildə 277 min, 2021-ci ildə 669 min, 2022-ci 542 min dollar olub. Əsas məhsullar istehlak malları və xırda sənaye məhsullarıdır. 

İƏT və Qoşulmama Hərəkatında Azərbaycan Fələstin məsələsini daim gündəmdə saxlayıb. Fələstin də öz növbəsində Azərbaycanın Qoşulmama Hərəkatındakı təşəbbüslərinə dəstək verib. 2025-ci ilin iyununda Prezident İlham Əliyev Fələstinə humanitar yardımın davam etdiriləcəyini bəyan edib.

Azərbaycanlıların Fələstinə münasibəti

Azərbaycan cəmiyyətində Fələstin mövzusu tarixən Yaxın Şərqlə bağlı müzakirələrin mərkəzində olub. 

Müsəlman kimliyi azərbaycanlıların fələstinlilərə baxışında mühüm rol oynayıb. Sovet dövründə belə, Fələstin məsələsinə simpatiya göstərən ictimai rəy mövcud idi. Müstəqillik dövründə bu münasibət dövlət siyasətində də özünü göstərdi. 

Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini elan etdikdən cəmi bir il sonra, 1992-ci ilin aprelində Fələstini tanıdı. O vaxtdan etibarən Bakı rəsmi şəkildə iki dövlətli həll modelini dəstəkləyib və beynəlxalq təşkilatlarda fələstin xalqının haqlarını müdafiə edib. 

Son illərdə də Azərbaycan Fələstin əhalisinə milyonlarla manat həcmində humanitar yardım göstərib. Bununla yanaşı, azərbaycanlıların yaddaşında ziddiyyətli məqamlar da qalıb. 1990-cı illərdə bəzi fələstin düşərgələrində ermənilərə hərbi təlim keçirilməsi barədə yayılan xəbərlər cəmiyyətdə ciddi narazılıq doğurmuşdu. 

Həmçinin Fələstinin mərhum lideri Yasir Ərəfatın 2000-ci ildə “biz və ermənilər bir xalqıq” və “ermənilərə heç vaxt xəyanət etməyəcəyəm” sözləri Azərbaycan ictimaiyyətində mənfi rezonans yaratmışdı. 

Bu bəyanatlar uzun illər unudulmayıb. Azərbaycanlıların Fələstinə münasibətinə təsir edən başqa bir amil də İsrail faktorudur. 

Azərbaycan İsraillə güclü siyasi, iqtisadi və hərbi tərəfdaşlığa malikdir. Bu tərəfdaşlıq bəzən “Azərbaycan Fələstinə dəstək verir, amma İsraillə də yaxın münasibətlər saxlayır” şəklində izah olunur. 
Gerçəklik isə odur ki, Azərbaycan hər zaman insanlığın yanında olub. Və burada mütləq bir məqamı xüsusilə vurğulamaq lazımdır. Azərbaycan ərazisinin 20 faizinin 30 il Ermənistan işğalı altında qalması, İsrailin bu mövzuda hər zaman Azərbaycanın yanında olması uzaq tarix deyil və unudulmayacaq. Təəssüflə yada salırıq ki, zamanında Azərbaycan ərazilərində terrorçuluqla məşğul olan Ermənistan hərbi quldurları həm də Fələstində təlim almışdılar.

Bəli, Azərbaycanın bu balanslı siyasəti ictimai rəydə müzakirə mövzusu olsa da, dövlətin prioritetləri həm Fələstinlə həmrəylik, həm də İsraillə strateji əməkdaşlığı paralel yürütmək üzərində qurulub. 

Uzun illər müharibənin ağrı-acısını yaşamış azərbaycanlılar bu gün Qəzza zolağında baş verən dəhşətləri də dərindən hiss edirlər. Ancaq Qəzzaya nəzarət edən HƏMAS hərəkatı həm Azərbaycan dövləti, həm də ictimaiyyəti tərəfindən birmənalı şəkildə qəbul olunmayıb. Çünki beynəlxalq aləmdə HƏMAS-ın radikal mövqeyi və zorakılığa əsaslanan yanaşmaları tənqid olunur. Azərbaycanda da bu təşkilatın fəaliyyəti heç vaxt legitim siyasi qüvvə kimi qəbul edilməyib. 

Hazırda mövcud humanitar böhran kontekstində dəstək əsasən fələstinli mülki əhaliyə və onların ədalətli hüquqlarına yönəlib. 

Modern Təhlil və Araşdırma Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Sentyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri