Icma.az
close
up
RU
Azərbaycandakı bu xarici media qurumları “sarı vərəqə” aldı

Azərbaycandakı bu xarici media qurumları “sarı vərəqə” aldı

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Simonyanın rəhbərlik etdiyi KİV-ə və digər xarici media subyektlərinə “əl gəzdiriləcək” - mütəxəssislər Bakının buna məcbur qaldığını düşünür

Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək barədə qərar qəbul edib. 

Bu barədə Caliber.az məlumat yayıb. Bu düzəlişlər, xüsusən ölkədə “Rossiya Seqodnya”nın bir bölməsi kimi fəaliyyət göstərən “Sputnik Azərbaycan” nəşrinə, eləcə də BBC-yə (BBC News Azərbaycanca) təsir edəcək. Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün müvafiq olaraq, “Azərtac”ın Rusiyadakı müxbirlərinin sayı qədər “Russiya Seqodnya”nın müxbiri ölkəmizdə fəaliyyət göstərəcək. Hazırda söhbət bir tam ştat vəzifədən gedir. 

Azərbaycanda dəfələrlə “Sputnik”in bağlanması təklifi irəli sürülüb. “Sputnik Azərbaycan” 2015-ci ilin may ayının 25-dən fəaliyyət göstərir. Bu media qurumu Rusiyanın “Sputnik” İnformasiya Agentliyinin Azərbaycan nümayəndəliyidir. “Sputnik”sə 10 noyabr 2014-cü ildə Rusiya paytaxtında dövlətə məxsus “Rusiyanın Səsi” və “RIA Novosti”nin  bazasında yaranıb. “Sputnik Azərbaycan” birbaşa Rusiyanın dövlət media qrupu olan “Rossiya Seqodnya”ya məxsusdur. Onun rəhbəri Marqarita Simonyandır. Rusiyada yaşayan Simonyanın ölkəmizə münasibəti isə hər kəsə məlumdur. Bunun nəticəsidir ki, “Sputnik Azərbaycan” heç zaman Azərbaycanın milli və dövlət maraqlarından çıxış etməyib. 

Həmçinin BBC-nin anti-Azərbayan mövqedə dayandığı zaman-zaman qeyd olunub. Bakı isə eyni anda həm rus, həm ingilis media resursları ilə bağlı addımlar atmağa başlayır. Buna qədər Bakıdakı “Rus Evi” və USAİD kimi təşkilatlar şələ-şüləsini yığışdırıb. Bu qurumlara “sarı vərəqə” göstərilməsinin əhəmiyyəti və təsirləri nələr ola bilər?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hökumətinin Rusiyanın və Qərb ölkələrinin bəzi qurumlarına qarşı atdığı addımlar əslində məcburiyyətdən atılmış addımlardır: “Onların davranışına, onların Azərbaycana münasibətdə yol verdikləri yanlışlıqlara görə cavab addımlarıdır. Bu vaxta qədər biz həm Rusiyanın, həm ABŞ-ın, həm də digər dövlətlərin müəyyən davranışlarına səbrlə yanaşdıq. Son nəticədə bu cür yanaşmanın onlar tərəfindən düzgün başa düşülmədiyini gördük və bu səbəbdən bu məcburi addımları atmaq məcburiyyətində qaldıq. Rusiya Azərbaycanın Rusiyada konsulluqlarının sayının artıq olduğunu bəhanə edərək bərabərliyin gözlənilməsini tələb eləyir və istəyir ki, Xankəndində konsulluq açsın. Ancaq digər məsələlərdə bərabərlik gözləmək istəmir və ”Sputnik Azərbaycan" Azərbaycan daxilində bizim qəbul eləyə bilməyəcəyimiz fəaliyyətlə məşğul olur".

A.Səmədov dedi ki, indiyə qədər biz bu məsələyə səbrlə yanaşdıq: “Amma təyyarə hadisəsindən sonra Rusiyanın müəyyən məsələləri düzgün başa düşməsi üçün biz ”Sputnik Azərbaycan" barədə tədbir görmək qərarına gəldik. Və baxın, Rusiya səfirliyinin saytında qeyd olunur ki, Azərbaycanda rusların sayı 119 min nəfərdir, ancaq rusiyalı soydaşların sayı, yəni özünü rusiyalı sayanların sayı 375 min nəfərdir. Buraya həm ləzgiləri, həm tatarları daxil ediblər. Bunların hər birinin Azərbaycanda öz cəmiyyətləri var. Hətta kazakların da Azərbaycanda cəmiyyəti mövcuddur. Onların Azərbaycanla nə əlaqəsi var, bu da mübahisəlidir. Təbiidir ki, biz indiyə qədər normal münasibətləri qorumaq üçün bu məsələlərə çox kəskin münasibət göstərmədik. Lakin göründü ki, Rusiya bunu düzgün başa düşmür və məcburuq ki, bəzi şeyləri Rusiyanın başa düşdüyü dildə anlatmağa çalışaq. Bunun Azərbaycana üstünlüyü varmı? Təbiidir ki, yoxdur".

A.Səmədov bildirdi ki, biz Rusiya ilə münasibətlərimizi normal vəziyyətdə saxlamaq üçün çox güzəştlər elədik: “Əgər bu günədək Azərbaycan-Rusiya münasibətləri  kifayət qədər yaxşı olubsa, bu Azərbaycanın xidmətidir. Ancaq təəssüf ki, Rusiya hakimiyyəti təyyarənin vurulmasından sonra özünü son dərəcə məsuliyyətsiz apardı və davam eləyir. Bu məsliyyətsiz, beynəlxalq hüquqa saymazyana münasibət Rusiyanın mahiyyətini ortaya qoyur. Və biz də ”sarı vərəqə" göstərmək məcburiyyətindəyik. Bunun qarşısılığında Rusiyadan Azərbaycana qarşı təxribat xarakterli düşmən davranışlar da gələ bilər. İlk növbədə bu, Rusiyadakə əmək miqrantları ilə bağlıdır, onların bir hissəsinin geriyə göndərilməsi baş verə bilər. Rusiya Fransanın və Azərbaycana düşmən olan digər dövlətlərin yanında yer alıb BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə təşəbbüsü ilə çıxış eləyə bilər. Azərbaycanda separatizmi alovlandırmağa cəhd göstərə bilər.  Digər addımlar da ata bilər. Ona görə də hər birimiz qarşıdakı zamanlarda səfərbər olmalıyıq".

Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, media eksperti Müşfiq Ələsgərli isə bildirdi ki, xarici media subyektlərinin ölkə ərazisində fəaliyyəti, hansı formada fəaliyyət göstərməsi və nə işlə məşğul olacağı dövlətlərarası razılaşma ilə həyata keçirilir. Bu, həmin media subyekti, onun təsis olunduğu ölkə və gələcəkdə fəaliyyət göstərəcəyi xarici dövlətin rəsmi şəxsləri ilə razılığı ilə reallaşır. Dünyanın hər yerində qayda budur və Azərbaycanda belədir: “Buna uyğun olaraq 2021-ci ildə Azərbaycan Respublikasında xarici KİV-in nümayəndələrinin akreditasiyası qaydası qəbul edilib. Həmin Qaydada həm fərd olaraq jurnalistlərin akreditasiyası, həm də media subyektlərinin fəaliyyəti ilə bağlı prinsiplər tənzimlənir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində bu sahədə uzun müddət bir az boşluq olub”. M.Ələsgərli söylədi ki, qüvvədən düşmüş qanunda media subyektlərinin xarici ölkə ərazisində fəaliyyəti dövlətlərarası razılaşma ilə həyata keçirilməsi nəzərdə tutulsa da bunun konkret forma və məzmunu barədə çatışmamazlıqlar var idi: “Bu çatışmamazlıqlar 2022-ci ildə qüvvəyə minmiş Media haqqında yeni Qanunda aradan qaldırılmışdır. Yeni qanunun 11-ci maddəsində nəzərdə tutulur ki, bir ölkənin media subyektinin Azərbaycan ərazisində fəaliyyəti Azərbaycan jurnalistlərinin və media subyektlərinin həmin ölkə ərazisində fəaliyyətinə adekvat olmalıdır. İndi də həyata keçirilməsi nəzərdə tutulan addımlar məhz qanunun bu maddəsinə istinadən edilir. Bu sahədə müəyyən səliqə-sahman yaradılmasına ciddi ehtiyac vardır. Çünki əvvəlki qanundakı bşluqlardan istifadə edərək xarici ölkələrin bir çox media subyektləri Azərbaycan ərazisində qeyri-adekvat səviyyədə mövcuddurlar, fəaliyyət göstərirlər. ”Sputnik Azərbaycan"ın Azərbaycan ərazisində readksiyası mövcuddur və 40 nəfərə qədər ştat heyəti var. Sual yaranır ki, bu 40 nəfərlik ştat heyəti nə işlə məşğuldur. Yaxud BBC və digər bu kimi media orqanlarının Azərbaycanda büroları mövcuddur və bu bürolarda çoxlu sayda jurnalistlər işləyirlər. Sual yaranır, bunların Azərbaycanda nə qədər böyük marağı var və nə işlə məşğuldursa, bu qədər böyük heyət işlədirlər".

Ekspert qeyd etdi ki, bu heyətlərin tərkibindəkilərin bəziləri manipulyasiya ilə məşğul olurlar, etnik separatizmə dəstək verən yazılar yazırlar, materiallar hazırlayırlar: “Deməli, bu cür media subyektlərinin maraqları faydalı informasiyalar yaymaq deyil, Azərbaycanda təxribatçı əməllər törətmək, neqativ yönlü informasiyalar uydurmaqdır. Bu kimi əməllərin qarşısının alınması lazıdmır. İkincisi, gəlin görək həmin media subyektlərinin mənsub olduqları ölkələrdə nə qədər azərbaycanlı jurnalistə fəaliyyət göstərmək üçün şərait yaradılıb? Çox az sayda və ya ümumiyyətlə heç bir şərait yaradılmır”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Fevral 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see236

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see213

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see174

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see156

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see153

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see140

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see137

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see136

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see131

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri