Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Niyə real həyatda susub, sosial şəbəkədə danışırıq? EKSPERT RƏYLƏRİ

Niyə real həyatda susub, sosial şəbəkədə danışırıq? EKSPERT RƏYLƏRİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir dövrdə insanlar arasında ünsiyyət formaları köklü dəyişikliklərə məruz qalıb. Real həyatda bir-biri ilə açıq və səmimi dialoq qurmaqdan çəkinən bir çox insan sosial şəbəkələrdə öz fikirlərini cəsarətlə, bəzən isə emosional və sərt şəkildə ifadə edir. “Profil arxasında gizlənən cəsarət” adlandırıla biləcək bu hal, fərdlərin sosial mühitdəki davranışları ilə virtual aləmdəki davranışları arasında ziddiyyət yaradır. Reallıqda birbaşa münasibət qurmaqdan qaçan insan niyə ekran qarşısında daha açıq danışmağa meyllidir? Bu paradoksun kökündə psixoloji amillərlə yanaşı, sosial təsirlər və texnologiyanın formalaşdırdığı yeni ünsiyyət mədəniyyəti dayanır. Bəs insanların real həyatda çəkindiyi dialoqları sosial mediada bu qədər rahat şəkildə aparmalarının səbəbi nədir? SİA mövzu ilə bağlı sosioloq Mətanət Məmmədova və psixoloq Səbinə Bəşirzadənin fikirlərini öyrənib.

Sosioloq Mətanət Məmmədova bildirib ki, insan artıq iki həyat yaşamalı olur: "bir real həyat, bir də virtual həyat". Bugünkü real həyatla virtual həyat arasında çox fərqlər yaranıb deyə sosioloq qeyd edir: "Onlardan biri də dialoq qurmaq, söhbət etmək mədəniyyətidir. Əvvəllər insanlar yalnız real həyatda dialoq qururdular; istədikləri an qururdular, istədikləri an isə qurmurdular. Kimlə söhbətlər alınırdısa, onunla qururdular və yaxud da iş tələbi, fəaliyyət və ya digər səbəblərlə real həyatda dialoqlar qururdular. Bu isə böyük məsuliyyət tələb edirdi, çünki insan öz biliş səviyyəsini, dünya görüşünü ortaya qoyurdu.

Lakin bu gün virtual aləmdə məsuliyyət bir qədər azalır. İnsanlar sosial şəbəkələrdə daha sərbəst şəkildə dialoq qura bilirlər. Bu dialoqlara isə tam dialoq demək olmaz. Termin olaraq dialoq iki şəxsin bir-biri ilə söhbət eləməsi deməkdir. Sosial şəbəkələrdə isə söhbət bir o qədər ətraflı olmur; sadəcə münasibət bildirilir, cavab yarımçıq gəlir. Cavabı tam şəkildə verə bilərsən və istədiyin zaman söhbəti dayandıra bilərsən. Real həyatda isə belə deyil. Sənə verilən sualı cavablandırmalı, məsuliyyətlə davranmalı, verilən sualı tam doğru şəkildə əkiz etməlisən. Virtual aləmdə isə bu məsuliyyət yoxdur. Bəli, orada da alimlər, müəllimlər, ziyalı təbəqə öz dialoqunu aparır. Lakin sosial şəbəkələrdə ümumi insanlar arasında dialoq çox vaxt məsuliyyətsiz və yarımçıq olur. Bu aspektdən yanaşdıqda, ziyalı insanlar və iş fəaliyyəti ilə məşğul olan şəxslər real həyatda olduğu kimi virtual həyatda da dialoq qura bilir. Lakin sosial şəbəkələrdəki dialoq əsasən boş vaxtını keçirən insanlara, xüsusilə gənclərə aiddir. İnsanlar videoya, şəkilə, yazıya münasibət bildirərkən məsuliyyət hiss etmirlər, özlərini təhlükəsiz hiss edirlər.

Real həyatda hadisələrə münasibət bildirmək çətin olur. Məsələn, parkda bir insanın qeyri-normal hərəkətini müşahidə etsək, hər kəs onunla dialoq qurmaq istəmir. Çünki təhlükə yarana bilər, nəticəsi məlum deyil. Sosial şəbəkədə isə belə deyil: sən heç kəsi görmürsən, təhlükə yoxdur, sərbəst şəkildə münasibət bildirə bilirsən. İnsanlar virtual həyatda məsuliyyətsiz şəkildə dialoq qururlar, özlərini sərbəst və təhlükəsiz hiss edirlər. Bu da onları real həyatda ünsiyyətdən uzaqlaşdırır. Həyatın çox hissəsi virtual aləmə keçib, insanlar real dialoqlardan uzaqlaşırlar. Bu, həm ailə içi münasibətlərə, həm də qohum əlaqələrinə təsir edir. Artıq hər bir evdə hər kəsin öz virtual dünyası var; ata, ana, oğul, qız öz telefonuna baxır, real söhbət qurulmur. Bu vəziyyət uşaqlar və gənclər üçün də nümunə olur. Onlar valideynləri kimi virtual həyata meyillənirlər. Odur ki, biz, orta yaşlı və yaşlı insanlar, real həyatda daha çox ünsiyyət yaratmalı, dialoqlara üstünlük verməliyik. Əks halda gələcək nəsil real həyatla əlaqəsini itirəcək.

Real həyatda ünsiyyətin üstünlükləri çoxdur: emosiyalar, münasibətlər, toxunuşlar, salamlaşmaq və digər sosial davranışlar. Bunlar insanlara Allah tərəfindən verilmiş, insanlığın yaşamasına xidmət edən xüsusiyyətlərdir. Virtual aləmdə isə bunların çoxu itir, insanlar yalnız ekran vasitəsilə əlaqə qurur. Buna görə də həyatımızın çox hissəsini virtual aləmə keçirməməliyik. Real həyatda daha çox dialoq qurmalı, hadisələrə münasibət bildirməliyik. İnsanlar sosial şəbəkələrdə sərbəst ola bilərlər, amma real həyatda ünsiyyətin yerini heç nə əvəz edə bilməz.

Psixoloq Səbinə Bəşirzadə açıqlamasında insanların öz hisslərini, ehtiyaclarını, doğru düşüncələrini, ürəyindən keçirdiklərini, fikirlərini – hətta təxəyyüllərini belə ifadə etməkdən qorxması çox dərin psixoloji köklərə dayandığını deyir: "Əgər bunu uşaqlıqdan götürsək, “Danışmaq gümüşdürsə, susmaq qızıldır” kimi atalar sözlərindən, yaxud “Uşaq yaşından sənə ayıbdır, bunu demə”, “Sakit ol, böyük danışır” kimi nəsihətlərdən başlayır. Bunlar uşağın beynində müəyyən bir metod və anlayış formalaşdırır – o düşünür ki, özünü müdafiə etmək və qorumaq üçün danışmamalıdır. Əgər sakit qalsa, deməli, təhlükəsiz yerdə olacaq. Uşaqda belə bir mexanizm yaranır: “Danışmaq təhlükəlidir. Danışsam, məni danlayacaqlar, güləcəklər, ya da ciddiyə almayacaqlar”.

Beləliklə, uşaqda bir daxili sükut formalaşır. O, öz iç səsini susdurur, özünə bir sərhəd çəkir ki, “Danışmayım, çünki danışsam, məni dinləməyəcəklər.” Uşaqlıqda yaranan bu düşüncə, böyüdükcə, insanın emosional ifadə ehtiyacını boğur. Halbuki insanın ən dərin emosional ehtiyacı – danışmaq, bölüşmək, qəbul olunmaq və sevilməkdir. Lakin insan böyüdükcə bu ehtiyac “yanlış başa düşülmək qorxusu”na çevrilir. “Əgər mən həqiqəti desəm, məni səhv anlayacaqlar” düşüncəsi yaranır. Nəticədə, insan öz hisslərini və fikirlərini ifadə etməkdən çəkinir. İçində bir səssizlik, bir sükut yaranır. Fikirləşir ki, “Əgər düşündüklərimi desəm, məni işdə kiçik görəcəklər, evdə yanlış anlayacaqlar.”

Bu cür qorxular, insanın içində düyünlənmiş sözlər yaradır. Psixoloji olaraq bu, “boğaz çakrası”nda bloklanmaya səbəb olur. Hətta bir çox fiziki xəstəliklərin – məsələn, zob və ya boğazda yaranan qıcıqlanmaların – arxasında məhz bu bastırılmış emosiyalar dayanır. İnsan danışmaq istəyir, amma qorxur. Buna görə də bir çox insanlar sosial şəbəkələrdə özlərini ifadə etməyə başlayır. Real həyatda deyə bilmədiklərini anonim profillərlə rahatlıqla yazırlar. Bu, bir növ emosional maskadır. İnsan real həyatda sakitdir, amma içində toplanan duyğuları sosial mediada boşaldır. Belələrinə “monitor arxası aslanlar” deyirlər – ekranda cəsur görünürlər, amma real həyatda susurlar.

Cəmiyyətdə emosional olaraq açıq danışan insanlar çox vaxt qəbul edilmir. Onları “həddindən artıq emosional”, “özünü göstərən”, “liderlik iddiasında olan” biri kimi qiymətləndirirlər. Halbuki bu insanlar sadəcə hisslərini ifadə edirlər. Biz isə çox vaxt belə insanlara qarşı şübhə ilə yanaşırıq: “Görəsən, bu adam doğrudanmı səmimidir, yoxsa özünü göstərmək istəyir?”. Sosial şəbəkədə tanıdığımız insanla real həyatda gördüyümüz insan arasındakı fərq də bu səbəbdən yaranır. Bu, insanlarda güvənsizlik yaradır. Psixologiyada buna “pistantrofobiya” – yəni insanlara inam itkisi deyilir.

Bu hal qadınlar və kişilər arasında fərqlidir. Kişilərin çox danışması adətən “anaya bağlılıq”la, qadınların çox danışması isə “emosionallıqla” izah olunur. Amma sosial səbəblər baxımından cəmiyyət açıq danışan insanları qəbul etmir. Onlar kənara itələnir, “bu insanla danışma”, “bununla dost olma” kimi münasibətlərlə qarşılaşırlar. Halbuki bu insanlar sadəcə doğruları deməyə çalışır. Digər tərəfdən, bəzi insanlar açıq danışanları “təhlükə” kimi görürlər. Sanki o adamın əlində silah var və hər an bu silah onlara qarşı çevrilə bilər. Buna görə də çoxları iltifat eşitməyi, tənqiddən uzaq qalmağı üstün tutur. Beləliklə, insanlar bir-birindən uzaqlaşır, aralarına emosional məsafə qoyurlar.

Bəzən insan özünə belə etiraf edə bilmir: “Mən bunu deyə bilərəmmi? Düz başa düşülərəmmi? Mənə qarşı münasibət dəyişərmi?” Bu düşüncələr insanın içində ziddiyyət yaradır, danışmaq istəyi ilə qorxu arasında bir mübarizə baş verir. Əslində, insan danışdıqca azad olur. Danışmaq insanı şəfa tapmağa, daxili rahatlığa aparır. Özünü ifadə etmək bacarığı isə sosial və emosional inkişafın əsas göstəricisidir. Nə qədər çox danışırıqsa, bir o qədər azad oluruq. Nə qədər susuruqsa, bir o qədər içimizdə yük toplanır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri