Icma.az
close
up
RU
Gənclər arasında ürək damar xəstəlikləri artır

Gənclər arasında ürək damar xəstəlikləri artır

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Son illərdə ürək-damar xəstəlikləri ilə bağlı ölüm hallarının artması cəmiyyət üçün ciddi narahatlıq doğurur. Əvvəllər əsasən yaşlı insanlarda müşahidə olunan bu xəstəliklər artıq daha gənc yaşlarda da rast gəlinir. Sürətli həyat tərzi, qeyri-sağlam qidalanma və stress kimi amillər ürək sağlamlığına mənfi təsir göstərir.


Mövzu ilə bağlı Missiya.Az-a danışan kardioloq Aytən Yüzbaşıyeva bildirib ki, ürək-damar xəstəlikləri artıq təkcə yaşlı insanların problemi deyil, gənclər arasında da çox artıb:
"Bunun bir neçə əsas səbəbi var: Birincisi – yaşam tərzi dəyişib. Oturaq həyat, fiziki hərəkətsizlik, saatlarla kompüter və telefon qarşısında qalmaq ürəyin ən böyük düşmənlərindəndir.
İkincisi – qidalanma vərdişləri pozulub. Fast-food, hazır məhsullar, duzlu və yağlı yeməklər damarların elastikliyini azaldır, xolesterini artırır.
Üçüncüsü – stress faktoru. Müasir insan daim gərginlik içindədir – iş, sosial həyat, maddi narahatlıqlar… Stress hormonları uzunmüddətli dövrdə ürəyin ritmini və damar sistemini ciddi şəkildə zədələyir. Və nəhayət, siqaret, spirt, enerji içkiləri və yuxusuzluq kimi vərdişlər də əlavə risklər yaradır.
Bəzən insanlar düşünür ki, “məndə heç bir simptom yoxdur, deməli, ürəyim sağlamdır”. Bu, çox yanlış düşüncədir. Ürək xəstəliklərinin çoxu illərlə səssiz şəkildə inkişaf edir. İnsan bəzən yalnız sinəsində yüngül sıxılma, halsızlıq, ya da nəfəs darlığı hiss edir, amma bunu “yorğunluq” adlandırır. Halbuki bu, artıq xəbərdarlıq siqnalıdır.
Ona görə də mən hər kəsə, xüsusilə 35 yaşdan yuxarı insanlara ildə bir dəfə kardioloji müayinə və EKQ, Exo kimi sadə testlər etdirməyi tövsiyə edirəm".
A.Yüzbaşıyeva qeyd edib ki,  vaxtında aşkar olunan problem çox vaxt cərrahi əməliyyata belə ehtiyac olmadan düzəlir:
"Ürək xəstəliklərindən qorunmaq üçün təkcə fiziki yox, emosional sağlamlığa da diqqət yetirmək lazımdır. Çünki ürək təkcə bir orqan deyil, emosiyaların mərkəzidir. Bəzən uzunmüddətli narazılıq, sıxıntı, peşmanlıq və ya qorxu bədəndə gərginlik yaradır, bu da birbaşa ürəyə təsir edir. Düzgün düşüncə, pozitiv münasibət və daxili sakitlik bəlkə də ən təsirli profilaktikadır.
Unutmayın, ürək insanın mühərrikidir. Mühərrik dayanarsa, bütün sistem dayanır. Öz ürəyinizi sevin, ona diqqət edin. Ən bahalı dərmanlar belə sağlam həyat tərzini əvəz edə bilməz. Kiçik addımlarla başlamaq kifayətdir".


Seyranə Quliyeva
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://missiya.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri