Azərbaycandakı erməni tətbiqlərdən istifadə olunur SİYAHI
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda bir neçə Ermənistan mənşəli proqram təminatından aktiv şəkildə istifadə olunur. İstifadəçilər çox vaxt özləri də bilmirlər ki, həmin tətbiqlər ermənilərə məxsusdur. Proqramlar yaxşı imkanlar təqdim edə bilər. Amma özlüyündə bizim vətəndaşların məlumatları üçün ciddi təhlükə yaradır.
Bakupost.az xəbər verir ki, bu sözləri texnobloger, İT mütəxəssisi Fərid Pərdəşünas qeyd edib.
“Məsələn, foto-redaktə tətbiqi olan “Piksart” cihazın qalereyasına və fayllarına giriş icazəsi verir. Təsəvvür edin, şirkət hər nə qədər “tərəfsizlik” və “peşəkarlıq” nümayiş etdirsə də, adi bir qərəzli mühəndis belə bu məlumatlara müdaxilə edə bilər. Yəni burada insan faktoru çox önəmlidir.
Bu səbəbdən sizə aşağıda qeyd etdiyim tətbiqlərdən uzaq durmağı və onların qarşısında göstərilən alternativlərdən istifadə etməyi tövsiyə edirəm:
“Piksart” - mənşə: Ermənistan. Alternativ – “Canva”, “Adobe Express”, “CapCut”;
“Renderforest” - mənşə: Ermənistan. Alternativ – “Envato Placeit” və “FlexClip”;
“SoloLearn” - mənşə: Ermənistan. Alternativ – “Codecademy” və “freeCodeCamp”.
“Krisp” - mənşə: Ermənistan. Alternativ – “NVIDIA Broadcast” və “Zoom/Google Meet” səs filtrasiyası;
“Zangi” messenceri – mənşə: Ermənistan. Alternativ – “Signal” və ya “Wire”.
Məqsədim bu həlləri pisləmək deyil. Əsas məqsəd çox ciddi məsələ olan məlumat təhlükəsizliyidir. Bu tətbiqlərdən istifadə edənlər diqqətli olsunlar və daha etibarlı alternativlərə keçid etsinlər”, - deyə Pərdəşünas qeyd edib.

