Azərbaycandakı işgüzar mühit barədə “Schneider Electric” şirkətinin nümayəndələrinə məlumat verilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 15 noyabr, AZƏRTAC
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev COP29 çərçivəsində Fransanın “Schneider Electric” şirkətinin beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti Maniş Pant ilə görüşüb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanda yaradılmış əlverişli işgüzar mühit, həmçinin yaşıl enerji təhlükəsizliyi tədbirləri, yaşıl keçid layihələri, ekosistemin rəqəmsallaşdırılması, innovasiyaların tətbiqi üzrə görülən işlər barədə məlumat verilib, bu kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
Tərəflər bərpaolunan enerjidən istifadə, karbonsuzlaşma, rəqəmsallaşma və sənaye texnologiyaları üzrə mümkün əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 15 Noyabr 2024 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















