Azərbaycandakı şirkət Avropa İttifaqının sanksiyasına məruz qalıb
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.
Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketi qüvvəyə minib.
Sfera.az bu barədə Avropa İttifaqının rəsmi jurnalına istinadən xəbər verir.
Qərara əsasən, Avropa İttifaqı Rusiyanın xalq artisti Karen Şahnazarov və daha 9 rusiyalı şəxsə qarşı sanksiya tətbiq edib. Avropa İttifaqı həmçinin təsdiqlənmiş paket çərçivəsində Azərbaycan, Hindistan, Çin, BƏƏ və Sinqapurdan olan 18 şirkətə qarşı sanksiyalar tətbiq edib.
Azərbaycanın “Aqua Fleet Management” şirkəti sanksiyaya məruz qalıb.
Təsirə məruz qalan şəxslərin Avropa İttifaqına girişi qadağan ediləcək və onların Avropa yurisdiksiyalarında olan aktivləri dondurulacaq.
Avropa İttifaqı həmçinin Belarusun səkkiz hüquqi şəxsini qara siyahıya salaraq, Belarusa qarşı sanksiyalarını uzadıb.
Firuzə Əliyeva
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 İyul 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















