Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə ANAMA da görüş
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, səfir Mariyana Kuyundziç ilə görüş keçirib.
XQ xəbər verir ki, görüşdə Qarabağ və Şərqi Zəngəzurda mövcud mina problemi, çirklənmə miqyası, mina probleminin bərpa-yenidənqurma işlərinə və keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı manelər, eləcə də icra edilən genişmiqyaslı minatəmizləmə fəaliyyəti barədə nümayəndəyə məlumat verilib.
Görüş zamanı Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə Avropa İttifaqı tərəfindən dəstəyin davam etdirilməsi, bu çərçivədə yeni layihə imkanları, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 13 Noyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















