Azərbaycandan Amerikaya poçt göndərişlərinin müvəqqəti məhdudlaşdırılmasının səbəbi açıqlanıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 20 noyabr, Günel Türksoy, AZƏRTAC
Cari il avqustun 29-dan etibarən Amerika Birləşmiş Ştatlarına (ABŞ) daxil olan bütün mal tərkibli poçt göndərişlərinə dəyərindən asılı olmayaraq gömrük rüsumu tətbiq edilir və bu rüsum bağlama göndərən ölkədə əvvəlcədən ödənməlidir. Lakin rüsumların yeni qaydada hesablanması və ödənilməsi mexanizmi hələlik mövcud olmadığı üçün “Azərpoçt” MMC-dən asılı olmayan səbəblərə görə poçt göndərişlərinin daşınması hələ ki, mümkün deyil.
Bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq “Azərpoçt” MMC-dən bildirilib.
Qeyd edilib ki, sözügedən mexanizmin Ümumdünya Poçt İttifaqının (ÜPİ) Gömrük Bəyannamə Sistemi (CDS) üzərindən tətbiqi istiqamətində müvafiq işlər aparılır.
Bununla bağlı yenilik olduğu təqdirdə “Azərpoçt” MMC tərəfindən ictimaiyyətə məlumat veriləcək.
Baxış sayı:28
Bu xəbər 20 Noyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















