Icma.az
close
up
RU
Azərbaycandan Belçika Parlamentinə sərt cavab: “Mədələrinin gözü ilə...”

Azərbaycandan Belçika Parlamentinə sərt cavab: “Mədələrinin gözü ilə...”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belçika növbəti dəfə Azərbaycan əleyhinə addım atıb. 

Belə ki, iyulun 17-də Belçika Nümayəndələr Palatası Azərbaycanın suveren ərazisində – Qarabağda keçirdiyi antiterror tədbirlərini təhrif edən, ölkəmizə qarşı əsassız ittihamlarla dolu qətnamə qəbul edib. Belçika parlamenti Qarabağda separatçılara qarşı keçirilmiş antiterror əməliyyatını “hücum” kimi qiymətləndirib və bu addımın beynəlxalq hüquqa zidd olduğunu iddia edib. 

Həmçinin, Qərbi Azərbaycan konsepti çərçivəsində səsləndirilən bəyanatlar da qərəzli “hədə” kimi təqdim olunub. Üstəlik, qətnamədə Azərbaycanın qondarma rejimin “rəhbərlərini” guya “qanunsuz” saxladığı və “müəmma doğuran” məhkəmə prosesləri apardığı iddia olunub. 

Bununla yanaşı, Belçika hökumətinə Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirmək tövsiyə olunub. Eyni zamanda, Avropa İttifaqından da Azərbaycanla münasibətlərin yenidən nəzərdən keçirilməsi istənilib. 

Göründüyü kimi, sözügedən qətnamə başdan-sona yalanlardan ibarətdir. Belçika parlamenti separatçılara açıq dəstəyini nümayiş etdirmək üçün ölkəmiz əleyhinə reallığı əks etdirməyən maddələrdən formalaşan qətnamə qəbul edib. Lakin istər beynəlxalq aləm, istərsə də bu qətanaməni qəbul edənlərin özləri həmin ittihamların əsassız və uydurmadan ibarət olduğunu çox gözəl bilir. 

Milli Məclisin deputatı Elman Nəsirov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Belçika Nümayəndələr Palatasının Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzlidir: 

“Bu, beynəlxalq hüququn dövlətlərin daxili işlərinə qarışmama prinsipinə daban-dabana ziddir. Belçika parlamenti növbəti dəfə güclü erməni lobbisi və diasporunun əlində alət olduğunu nümayiş etdirdi. Qətnamədəki iddialar tamamilə əsassızdır. Qətnamədə Azərbaycan Ordusunun 2023-cü ilin 19-20 sentyabr tarixində Qarabağda erməni separatçılarına qarşı həyata keçirdiyi antiterror əməliyyatı “hücum” kimi qiymətləndirilir. 

Guya biz bu addımla beynəxalq hüququn normalarını pozmuşuq. Yəni bu qədər əsassız və həqiqəti əks etdirməyən ittihamlar var. Eyni zamanda, həmin qətnamədə Qərbi Azərbaycan konsepti ilə bağlı da əsassız ittihamlar mövcuddur. Ölkəmiz Qərbi Azərbaycanla bağlı tamamilə sülhpərvər mövqe sərgiləyir. 

Biz sadəcə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın öz dədə-baba yurdlarına qanuni qayıdışını istəyirik. Lakin onlar bu prosesin özünü belə Ermənistana qarşı “hədə” kimi təqdim etməyə çalışırlar. Halbuki, heç bir halda həmin əraziyə iddialarımız və ya ilhaq niyyətimiz yoxdur”. 

Millət vəkili qeyd edib ki, Belçika parlamentinin məsələlərə yanaşması tamamilə absurddur: “Böyük təəssüf və təəccüb hissi ilə qeyd edirik ki, haqdan, ədalətdən dəm vuran Belçika parlamenti separatçıları və hərbi caniləri müdafiə edir. 

Onların “qanunsuz” saxlandığını, məhkəmə prosesini isə “müəmma doğuran” vəziyyət kimi qələmə verirlər. Bu isə son dərəcə absurd bir yanaşmadır. Hərbi caninin və separatçının bu cür təqdimatı, müdafiəsi nonsesdir və Belçika parlamentinin üzvlərinin səviyyəsinin göstəricisidir. Beləliklə, onların necə diqtə altında qaldıqları görünür”. 

Elman Nəsirov diqqətə çatdırıb ki, belçikalı deputatlar ölkələrinin milli maraqlarını kənara qoyaraq, öz mədələrinin gözü ilə proseslərə qiymət verirlər: 

“Parlamentin üzvləri bir qədər də irəli gedərək Belçika hakimiyyətinə Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməyi tövsiyə ediblər. Yəni militarizasiya xəttini dəstəkləyirlər. Sülhdən danışırlar, müharibənin əleyhinə olduqlarını bildirirlər, amma buna tam zidd olaraq Ermənistana hərbi dəstək verilməsi siyasətini önə çəkirlər. 

Əlbəttə ki, bu da cəfəngiyyatdır. Həmçinin, Belçika parlamenti Avropa İttifaqından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Onlar tövsiyyə edirlər ki, Avropa İttifaqı ölkəmizlə münasibətlərinə yenidən baxsın. 

Avropa İttifaqına Azərbaycanla əməkdaşlıqdan imtina edərək, təzyiq və sanksiyalar yolunun seçilməsini təklif edirlər. Hesab edirəm ki, Belçika parlamenti bu davranışı ilə əslində öz mahiyyətini ortaya qoymuş oldu. Onlar haqqın, hüququn, ədalətin və ölkələrinin milli maraqlarına deyil, erməni maraqlarına uyğun xidmət göstərirlər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Belçika Parlamenti Millət vəkili deputat Elman Nəsirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyul 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri