Icma.az
close
up
RU
Azərbaycandan Polşa, Belçika və İsrailə yumurta ixrac olunacaq

Azərbaycandan Polşa, Belçika və İsrailə yumurta ixrac olunacaq

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycandan Polşa, Belçika və İsrailə yumurta ixracı ilə bağlı qarşı tərəflərlə danışıqlar aparılır. Yaxın gələcəkdə Azərbaycandan bu ölkələrə də yumurta ixrac olunacaq.

Bu sözləri “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli deyib.

O bildirib ki, Azərbaycanda kifayət qədər artıq yumurta istehsal olunur və hazırda ölkə əhalisinin yumurtaya tələbatı gündəlik 4 milyon ədəd civarındadır:

“Gündəlik yumurta istehsalımız isə 6 milyon ədədə yaxınlaşır. Ona görə də yumurtalarımız Yaxın Şərq ölkələrinə, Amerika Birləşmiş Ştatlarına (ABŞ) ixrac olunur. Artıq ilk 10 konteyner yumurta Novruz bayramından öncə ABŞ-yə yola salındı. Ümumilikdə, sözügedən ölkəyə 25 konteyner yumurta ixrac etmişik.

Hazırda Polşa ilə danışıqlar aparılır. Həmçinin, Avropa ölkələrindən Belçikaya da yumurta ixracı ilə bağlı sənədləşmə işləri həyata keçirilir. Eyni zamanda, İsraillə də yumurta ixracı ilə bağlı sənədləşmə işləri aparırıq. Yəqin ki, yaxın gələcəkdə biz bu ölkələrə də yumurta ixrac edəcəyik”.

M.Həsənli damazlıq yumurta ixracından da danışıb:

“Damazlıq yumurta ixracımız davam edir. İlin əvvəlindən bugünədək 9 milyon ədədə yaxın damazlıq yumurta ixrac etmişik. Qarşıdakı dövrlərdə ixracımızın daha da artacağını proqnozlaşdırırıq”.

Mütəxəssis onu da qeyd edib ki, Azərbaycanın quş qripindən azad zona kimi qəbul olunması ölkə bazarının Avropa və digər dünya ölkələri üçün açılmasında əsas rol oynayıb:

“May ayına qədər biz artıq toyuq əti ixracına başlayacağıq. Gələcəkdə bu ixracı daha da artıra bilərik”.

M.Həsənli daxili bazarda yumurta və toyuq əti qiymətləri ilə bağlı isə bunları qeyd edib:

“Hazırda daxili bazarda topdansatış süfrə yumurtasının qiyməti 11-12 qəpik arasında dəyişir. Bir kiloqram toyuq ətinin qiyməti isə 3,80-4,20 manat arasında dəyişir. Regionda ən ucuz yumurta və toyuq əti bizdədir. Süfrə yumurtasının ən ucuz satışı ilə bağlı dünyada ilk üçlükdə ola bilərik”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 2025-ci ilin yanvar-fevral aylarında diri çəkidə 91,2 min ton ət, 322,7 min ton süd, 374,5 milyon ədəd yumurta və 47,7 min ton tərəvəz istehsal olunub. 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə tərəvəz istehsalı 16,2 faiz, ət istehsalı 2,4 faiz, yumurta istehsalı 1,8 faiz artıb, süd istehsalı isə 0,5 faiz azalıb. 

Trend

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://banco.az
archiveBu xəbər 03 Aprel 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see190

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see166

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri