Icma.az
close
up
RU
Menu

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

Yanvardan maaş artımlarını ödəməyən metropoliten: Əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanırıq

Moskva ilə körpülər yandırılır? ŞƏRH

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

DSX Komandanı II Fəxri xiyabanda

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

Azərbaycandan Britaniya deputatlarına etiraz məktubu

Azərbaycandan Britaniya deputatlarına etiraz məktubu

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə bu ölkənin parlament üzvləri Cim Şennon və Lord Alton tərəfindən 18 iyun 2025-ci il tarixində “İsveçrə Sülh Təşəbbüsü”nə ictimai bəyanatla etdikləri müraciətə cavab olaraq onlara etiraz məktubu ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, məktubda deyilir:

“Bölgəmizdə sülh və sabitliyin təmin olunmasına dəstək verən beynəlxalq ictimaiyyət nümayəndələrinin marağını yüksək qiymətləndiririk. Bununla belə, davamlı sülh üçün bütün bəyanatların və təşəbbüslərin faktlara, beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanması çox vacibdir. “Dağlıq Qarabağ” (Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi mövcud deyil) üçün “İsveçrə Sülh Təşəbbüsü”nə ictimai bəyanatla etdiyiniz müraciətə cavab olaraq faktları diqqətinizə çatdırmağı zəruri hesab edirik”.

Məktubda diqqətə çatdırılır ki, Qarabağın Ermənistan tərəfindən işğalı zamanı bir milyona yaxın azərbaycanlı məcburi köçkün düşüb: “Bu, Xocalı soyqırımı da daxil olmaqla, ağır cinayətlər, o cümlədən şəhər və kəndlərin sistematik şəkildə dağıdılması (urbisid), mədəni və dini irsin (kulturisid), eləcə də ətraf mühitə ciddi ziyan vurulması (ekosid) ilə müşayiət olmuşdur. Təəssüf ki, bütün bu illər ərzində dünya bu insanların dərdinə demək olar ki, diqqət ayırmamışdır. Bundan əlavə, Ermənistan işğal etdiyi ərazilərdə qəsdən minalar yerləşdirmiş və bunun nəticəsində Azərbaycan dünyada minalardan ən çox zərər çəkən ölkələrdən birinə çevrilmişdir. Belə ki, bu minalar dinc sakinləri öldürməyə və yaralamağa davam edir, məcburi köçkünlərin geri qayıtmasını və yenidənqurma işlərini gecikdirir”.

Cavab məktubunda deyilir ki, Ermənistanın hərbi təcavüzünün digər faciəvi nəticəsi isə hələ də itkin düşmüş sayılan, o cümlədən qadın və uşaqlar da daxil olmaqla, təxminən dörd min azərbaycanlı vətəndaşın taleyinin həll olunmamış qalmasıdır. Ermənistan onların taleyinə aydınlıq gətirə biləcək kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir.

Bundan əlavə, erməni siyasi liderləri uzun zamandır azərbaycanlılara qarşı etnik nifrəti qızışdırır və təşviq edir. Keçmiş erməni prezidentləri açıq şəkildə etnik təmizləməni müdafiə edən bəyanatlar vermiş, azərbaycanlıların zorla qovulmasını və Xocalı soyqırımını dəstəkləmişlər. Bu cinayətlərə baxmayaraq, Ermənistanda heç kim məsuliyyətə cəlb olunmamış və müharibə cinayətkarları hələ də qəhrəman kimi qəbul olunur.

İşğal illərində məcburi köçkün düşmüş azərbaycanlı əhali böyük əzab-əziyyətlərə məruz qalmış, lakin beynəlxalq ictimaiyyət onların vəziyyətinə kifayət qədər diqqət yetirməmişdir. Onların geri qayıtmaq hüququna, təhlükəsizliyinə və ləyaqətinə məhəl qoyulmamış, humanitar ehtiyacları lazımi səviyyədə qarşılanmamışdır.

Məktubda deyilir ki, Azərbaycan hazırda beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı dörd qətnaməsinə tam uyğun olaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmişdir.

Azərbaycan Respublikası müxtəlif etnik və dini qruplar arasında çoxillik sülh şəraitində birgəyaşayış ənənəsinə malik qürurlu, çoxmillətli və çoxkonfessiyalı ölkədir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra heç bir erməni zorla qovulmamışdır. Həmin əraziləri tərk edən ermənilər bunu Ermənistanın və keçmiş qanunsuz rejimin apardığı təbliğat nəticəsində könüllü şəkildə etmişlər. Bundan başqa, işğal dövründə həmin ərazilərdə yaşayan bir çox erməninin beynəlxalq normalara zidd olaraq qanunsuz yerləşdirildiyi də xüsusi vurğulanmalıdır.

Məktubda qeyd olunur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ədaləti təmin edir. Humanitar jest olaraq 200-dən çox erməni azad edilsə də, müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslər hazırda Bakıda məhkəmə qarşısındadırlar. Onlar Azərbaycan qanunvericiliyinə əsasən hərbi təcavüz, müharibə cinayətləri, zorla itkin düşmələr, işgəncə və terrorizm kimi ittihamlarla mühakimə olunurlar. Məhkəmə prosesi şəffafdır, hüquqi təmsilçilik təmin edilir və indiyədək pis rəftarla bağlı heç bir şikayət qeydə alınmamışdır.

Cavab məktubunda deyilir ki, sülh sazişi üzrə danışıqlar yekunlaşmışdır. Lakin sülh müqaviləsini imzalamaq üçün Ermənistan hələ də Azərbaycan torpaqlarının bir hissəsinə iddialı olan konstitusiyasını dəyişməlidir. Sülhün davamlı olması üçün təkcə Ermənistan hökuməti deyil, həm də xalqı bu iddialardan əl çəkməyə razı olmalıdır.

Davamlı sülhə doğru irəliləyiş üçün addımların atıldığı bu mühüm məqamda beynəlxalq ictimaiyyət bu prosesi dəstəkləmək üçün bütün səyləri göstərməli və Ermənistanı sülh sazişinin imzalanması üçün son zəruri addımları atmağa çağırmalıdır.

Təəssüflər olsun ki, “İsveçrə Sülh Təşəbbüsü” adlanan bu təşəbbüs heç də faydalı deyil və tamamilə əksinə, iki ölkə arasında kövrək sülh prosesinə zərbə vurur. Eyni zamanda, regiondan kənar siyasətçilərin və parlament üzvlərinin regional dinamikaya dair malik olduqları məhdud məlumatlarla müdaxiləsi və qərəzli bəyanatları iki ölkə arasında ümumi normallaşma prosesinə mənfi təsir göstərir. Ona görə də sizi regionda sülhə mane olan addımlardan çəkinməyə çağırıram.

Məktubda bildirilir ki, beynəlxalq və regional geosiyasi qeyri-sabitliyin artdığı bir vaxtda Azərbaycan qarşılıqlı hörmət, ədalət və beynəlxalq hüquq normalarına riayət əsasında dialoqun tərəfdarı olmaqda davam edir.

Biz Böyük Britaniya hökumətinin Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişə ilə bağlı balanslı mövqeyini yüksək qiymətləndiririk. Böyük Britaniya beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişdir.

Məktubun sonunda deyilir ki, biz Birləşmiş Krallıq parlamentinin bütün üzvlərini, o cümlədən Din və Etiqad Azadlığı üzrə Bütün Partiya Parlament Qrupu (APPG FoRB) üzvlərini bu prosesi dəstəkləməyə və hər hansı xarici müdaxilənin mümkün mənfi təsirlərinə qarşı ehtiyatlı və diqqətli olmağa çağırırıq.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 İyun 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see299

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

26 Sentyabr 2025 07:27see232

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see201

Yanvardan maaş artımlarını ödəməyən metropoliten: Əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanırıq

26 Sentyabr 2025 16:10see167

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see156

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see141

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see140

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see138

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see137

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see135

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see133

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see133

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see132

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see131

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see128

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see128

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

26 Sentyabr 2025 19:36see127

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see125

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see123

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri