Icma.az
close
up
RU
Menu

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

İranın yeni səfiri Azərbaycana gəlib, etimadnaməsinin surətini təqdim edib

Zelenski: Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər

İrana hücumu mətbuata kim sızdırıb?

Güclü bir evlilik üçün cütlərin cavab verməli olduğu üç sual...

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC 380 minlik studiya avadanlıqları və dekorasiyalar alır

25 ildən sonra görüşüb qucaqlaşdılar… Əslində hər şey bir yalandır?

Çempiondan 24 xallıq fərq

Bu ölkədən 15 buzqıran gəmi almaq istəyirəm Tramp

“Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert olub

Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?

Zelenski geyim tərzini niyə dəyişib... FOTO

Əhaliyə xəbərdarlıq: İyunun 26 28 də...

Daxili enerji infrastrukturuna investisiya yatırmaq xarici təhlükələrə qarşı dayanıqlığı artırır RƏY

Şərəf ordenli jurnalist vəfat edib FOTO

Dаğıstan dövlət katibinin kabinetində axtarış aparılır Rusiya güc strukturları hərəkətə keçdi KONKRET

Heç kim İranı nüvə yolundan döndərə bilməz Araqçı

Nazirlər və komitə sədrlərinin iyul ayı üçün qəbul günləri Cədvəl

Jalə Əliyeva: “Dünya çempionatında əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam” MÜSAHİBƏ

Twitch rəsmi olaraq Rusiya bazarını tamamilə tərk edə bilər...

Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu ölkənin deputatlarına etiraz məktubu ünvanlayıb

Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu ölkənin deputatlarına etiraz məktubu ünvanlayıb

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə bu ölkənin parlament üzvləri Cim Şennon və Lord Alton tərəfindən 18 iyun 2025-ci il tarixində “İsveçrə Sülh Təşəbbüsü”nə ictimai bəyanatla etdikləri müraciətə cavab olaraq onlara etiraz məktubu ünvanlayıb.

525.az-ın məlumatına görə, məktubda deyilir:

"Bölgəmizdə sülh və sabitliyin təmin olunmasına dəstək verən beynəlxalq ictimaiyyət nümayəndələrinin marağını yüksək qiymətləndiririk. Bununla belə, davamlı sülh üçün bütün bəyanatların və təşəbbüslərin faktlara, beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanması çox vacibdir. “Dağlıq Qarabağ” (Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi mövcud deyil) üçün “İsveçrə Sülh Təşəbbüsü”nə ictimai bəyanatla etdiyiniz müraciətə cavab olaraq faktları diqqətinizə çatdırmağı zəruri hesab edirik".

Məktubda diqqətə çatdırılır ki, Qarabağın Ermənistan tərəfindən işğalı zamanı bir milyona yaxın azərbaycanlı məcburi köçkün düşüb: "Bu, Xocalı soyqırımı da daxil olmaqla, ağır cinayətlər, o cümlədən şəhər və kəndlərin sistematik şəkildə dağıdılması (urbisid), mədəni və dini irsin (kulturisid), eləcə də ətraf mühitə ciddi ziyan vurulması (ekosid) ilə müşayiət olmuşdur. Təəssüf ki, bütün bu illər ərzində dünya bu insanların dərdinə demək olar ki, diqqət ayırmamışdır. Bundan əlavə, Ermənistan işğal etdiyi ərazilərdə qəsdən minalar yerləşdirmiş və bunun nəticəsində Azərbaycan dünyada minalardan ən çox zərər çəkən ölkələrdən birinə çevrilmişdir. Belə ki, bu minalar dinc sakinləri öldürməyə və yaralamağa davam edir, məcburi köçkünlərin geri qayıtmasını və yenidənqurma işlərini gecikdirir".

Cavab məktubunda deyilir ki, Ermənistanın hərbi təcavüzünün digər faciəvi nəticəsi isə hələ də itkin düşmüş sayılan, o cümlədən qadın və uşaqlar da daxil olmaqla, təxminən dörd min azərbaycanlı vətəndaşın taleyinin həll olunmamış qalmasıdır. Ermənistan onların taleyinə aydınlıq gətirə biləcək kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir.

Bundan əlavə, erməni siyasi liderləri uzun zamandır azərbaycanlılara qarşı etnik nifrəti qızışdırır və təşviq edir. Keçmiş erməni prezidentləri açıq şəkildə etnik təmizləməni müdafiə edən bəyanatlar vermiş, azərbaycanlıların zorla qovulmasını və Xocalı soyqırımını dəstəkləmişlər. Bu cinayətlərə baxmayaraq, Ermənistanda heç kim məsuliyyətə cəlb olunmamış və müharibə cinayətkarları hələ də qəhrəman kimi qəbul olunur.

İşğal illərində məcburi köçkün düşmüş azərbaycanlı əhali böyük əzab-əziyyətlərə məruz qalmış, lakin beynəlxalq ictimaiyyət onların vəziyyətinə kifayət qədər diqqət yetirməmişdir. Onların geri qayıtmaq hüququna, təhlükəsizliyinə və ləyaqətinə məhəl qoyulmamış, humanitar ehtiyacları lazımi səviyyədə qarşılanmamışdır.

Məktubda deyilir ki, Azərbaycan hazırda beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı dörd qətnaməsinə tam uyğun olaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmişdir.

Azərbaycan Respublikası müxtəlif etnik və dini qruplar arasında çoxillik sülh şəraitində birgəyaşayış ənənəsinə malik qürurlu, çoxmillətli və çoxkonfessiyalı ölkədir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra heç bir erməni zorla qovulmamışdır. Həmin əraziləri tərk edən ermənilər bunu Ermənistanın və keçmiş qanunsuz rejimin apardığı təbliğat nəticəsində könüllü şəkildə etmişlər. Bundan başqa, işğal dövründə həmin ərazilərdə yaşayan bir çox erməninin beynəlxalq normalara zidd olaraq qanunsuz yerləşdirildiyi də xüsusi vurğulanmalıdır.

Məktubda qeyd olunur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ədaləti təmin edir. Humanitar jest olaraq 200-dən çox erməni azad edilsə də, müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslər hazırda Bakıda məhkəmə qarşısındadırlar. Onlar Azərbaycan qanunvericiliyinə əsasən hərbi təcavüz, müharibə cinayətləri, zorla itkin düşmələr, işgəncə və terrorizm kimi ittihamlarla mühakimə olunurlar. Məhkəmə prosesi şəffafdır, hüquqi təmsilçilik təmin edilir və indiyədək pis rəftarla bağlı heç bir şikayət qeydə alınmamışdır.

Cavab məktubunda deyilir ki, sülh sazişi üzrə danışıqlar yekunlaşmışdır. Lakin sülh müqaviləsini imzalamaq üçün Ermənistan hələ də Azərbaycan torpaqlarının bir hissəsinə iddialı olan konstitusiyasını dəyişməlidir. Sülhün davamlı olması üçün təkcə Ermənistan hökuməti deyil, həm də xalqı bu iddialardan əl çəkməyə razı olmalıdır.

Davamlı sülhə doğru irəliləyiş üçün addımların atıldığı bu mühüm məqamda beynəlxalq ictimaiyyət bu prosesi dəstəkləmək üçün bütün səyləri göstərməli və Ermənistanı sülh sazişinin imzalanması üçün son zəruri addımları atmağa çağırmalıdır.

Təəssüflər olsun ki, "İsveçrə Sülh Təşəbbüsü" adlanan bu təşəbbüs heç də faydalı deyil və tamamilə əksinə, iki ölkə arasında kövrək sülh prosesinə zərbə vurur. Eyni zamanda, regiondan kənar siyasətçilərin və parlament üzvlərinin regional dinamikaya dair malik olduqları məhdud məlumatlarla müdaxiləsi və qərəzli bəyanatları iki ölkə arasında ümumi normallaşma prosesinə mənfi təsir göstərir. Ona görə də sizi regionda sülhə mane olan addımlardan çəkinməyə çağırıram.

Məktubda bildirilir ki, beynəlxalq və regional geosiyasi qeyri-sabitliyin artdığı bir vaxtda Azərbaycan qarşılıqlı hörmət, ədalət və beynəlxalq hüquq normalarına riayət əsasında dialoqun tərəfdarı olmaqda davam edir.

Biz Böyük Britaniya hökumətinin Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişə ilə bağlı balanslı mövqeyini yüksək qiymətləndiririk. Böyük Britaniya beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişdir.

Məktubun sonunda deyilir ki, biz Birləşmiş Krallıq parlamentinin bütün üzvlərini, o cümlədən Din və Etiqad Azadlığı üzrə Bütün Partiya Parlament Qrupu (APPG FoRB) üzvlərini bu prosesi dəstəkləməyə və hər hansı xarici müdaxilənin mümkün mənfi təsirlərinə qarşı ehtiyatlı və diqqətli olmağa çağırırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://525.az
archiveBu xəbər 26 İyun 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

26 İyun 2025 02:27see135

İranın yeni səfiri Azərbaycana gəlib, etimadnaməsinin surətini təqdim edib

25 İyun 2025 18:10see122

Zelenski: Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər

25 İyun 2025 02:31see122

İrana hücumu mətbuata kim sızdırıb?

26 İyun 2025 12:21see121

Güclü bir evlilik üçün cütlərin cavab verməli olduğu üç sual...

25 İyun 2025 00:46see121

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC 380 minlik studiya avadanlıqları və dekorasiyalar alır

25 İyun 2025 08:52see117

25 ildən sonra görüşüb qucaqlaşdılar… Əslində hər şey bir yalandır?

25 İyun 2025 18:22see117

Çempiondan 24 xallıq fərq

26 İyun 2025 02:13see116

Bu ölkədən 15 buzqıran gəmi almaq istəyirəm Tramp

25 İyun 2025 20:20see116

“Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert olub

25 İyun 2025 21:21see116

Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?

25 İyun 2025 19:14see116

Zelenski geyim tərzini niyə dəyişib... FOTO

25 İyun 2025 23:38see115

Əhaliyə xəbərdarlıq: İyunun 26 28 də...

25 İyun 2025 21:15see115

Daxili enerji infrastrukturuna investisiya yatırmaq xarici təhlükələrə qarşı dayanıqlığı artırır RƏY

25 İyun 2025 19:03see115

Şərəf ordenli jurnalist vəfat edib FOTO

25 İyun 2025 21:05see114

Dаğıstan dövlət katibinin kabinetində axtarış aparılır Rusiya güc strukturları hərəkətə keçdi KONKRET

25 İyun 2025 11:30see113

Heç kim İranı nüvə yolundan döndərə bilməz Araqçı

25 İyun 2025 00:46see112

Nazirlər və komitə sədrlərinin iyul ayı üçün qəbul günləri Cədvəl

25 İyun 2025 10:37see112

Jalə Əliyeva: “Dünya çempionatında əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam” MÜSAHİBƏ

25 İyun 2025 12:45see110

Twitch rəsmi olaraq Rusiya bazarını tamamilə tərk edə bilər...

25 İyun 2025 22:44see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri