Azərbaycandan daşınan yük yoxlanılmamalıdır, amma... Erməni deputat
Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan və ya digər ölkələrdən Ermənistan ərazisindən daşınan istənilən yükə bu və ya digər şəkildə nəzarət edilməlidir.
News24.az xəbər verir ki, bunu brifinq zamanı hakim “Mülki Müqavilə” partiyasından olan deputat Arman Eqoyan bildirib.
"Ermənistan ərazisindən daşınan istənilən yük müəyyən prosedurdan keçməlidir, biz buna yoxlama deməyəcəyik, amma nəzarət olmalıdır. Ermənistan Respublikası bilməlidir ki, onun ərazisindən nə daşınır... Bunun üçün hazırda texniki vasitələr var. "Yoxlama" anlayışı çox genişdir, yükü açıb yoxlamaq olar, skanerlə yoxlamaq olar və s.", - Eqoyan qeyd edib.
Azərbaycan yüklərinin yoxlanılması məsələsi Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycandan Naxçıvana yüklərin maneəsiz tranzitini təmin etməyə hazır olduqları ilə bağlı son bəyanatlarından sonra növbəti dəfə aktuallaşıb./Publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 13 Fevral 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















