Azərbaycandan gedənlər aeroprotda saxlanıldı, apardıqları məhsullar məhv edildi
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin əvvəlindən Rusiyanın Perm vilayətinə Özbəkistan və Azərbaycandan mənşəyi məlum olmayan 108 kq heyvandarlıq məhsulunun idxalı dayandırılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə “Rosselxoznadzor”un Kirov vilayəti, Udmurt Respublikası və Perm ərazisi üzrə idarəsinin saytında məlumat yerləşdirilib. Qeyd olunub ki, Perm Beynəlxalq Hava Limanına gələn sərnişinlərin əl yükündə delikateslər aşkar edilib.
“Özbəkistan və Azərbaycandan gələn 59 sərnişinin əl yükündə ət (36,8 kq), süd (46,8 kq) və arıçılıq (25,1 kq) məhsulları olub. 2024-cü ilin eyni dövründə 57 vətəndaşdan 58,4 kq məhsul götürülüb”, - məlumatda deyilir.
Malların böyük əksəriyyətində orijinal qablaşdırma, istehsalçı haqqında işarələr, istehsal tarixi, yararlılıq müddəti və saxlama şəraiti olmayıb. Sərnişinlər şəxsi istifadə üçün məhsul apardıqlarını qeyd ediblər. Amma bu fakt istənilən halda “Baytarlıq haqqında” qanunu pozub.
Potensial təhlükəli məhsullar Perm hava limanı ilə qarşılıqlı əlaqə sxeminə uyğun olaraq məhv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 26 Fevral 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















