Icma.az
close
up
RU
Unikal imkan: Türkiyəyə gedənlər yolunu Azərbaycandan sala bilər

Unikal imkan: Türkiyəyə gedənlər yolunu Azərbaycandan sala bilər

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Havaların isinməsi ilə əlaqədar turizm bölgələrinə axın artıb. 

Lakin təəssüf ki, istirahət zamanı bəzi xoşagəlməz hadisələr də yaşanır. Hovuz və dənizdə boğulma halları, yol-nəqliyyat qəzaları, təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində ölüm və xəsarətlə nəticələnən bədbəxt hadisələr turizm mövsümünə mənfi təsir göstərir. Azərbaycanda son belə faciə Beşbarmaqda qeydə alınıb. 

Belə ki, həvəskar paraşütçü Nuranə Məcidova 7 iyul tarixində faciəli şəkildə həyatını itirib. Türkiyədə isə ötən il ard-arda baş verən meşə yanğınları, otel yanğını kimi hadisələr turizmə mənfi təsir edib. Bu kimi hadisələr turizm sektoruna hansı zərbələri vurur? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, turizm sahəsinin inkişafında əsas amillər ilk növbədə təhlükəsizlik, xidmət sahələrinin genişliyi və keyfiyyəti, eləcə də qiymət siyasətidir. Onun sözlərinə görə, bəzi kiçik qəzaların baş verməsi təbii haldır və bu, bütün ölkələrdə müşahidə olunur: 

“Ümumiyyətlə, hesab edirəm ki, turizm sahəsinin inkişafı bir neçə amildən asılıdır. Burada ilk növbədə təhlükəsizlik, xidmət sahələrinin genişliyi və keyfiyyəti, həmçinin qiymət amili mühüm rol oynayır. Bu baxımdan, əlbəttə, Azərbaycanda turistlər üçün tam təhlükəsizlik təmin olunub. Türkiyə ilə müqayisədə qiymətlər baxımından Azərbaycan turizm sektoru artıq rəqabətə girə bilər. 

Çünki hazırda həm Türkiyədə, həm də Gürcüstanda qiymətlər bizimlə demək olar ki, bərabərləşib. Bəzi kiçik qəzaların baş verməsi isə təbiidir və bütün ölkələrdə belə hadisələr olur. Sözsüz ki, belə hallar turizm sahəsinə müəyyən mənfi təsir göstərə bilər. Lakin hesab edirəm ki, ölkəmizdə bu hallar çox nadir hallarda qeydə alınır və turizm səfərlərinin ümumi dinamikasına ciddi təsir göstərəcək səviyyədə deyil”. 

Eyyub Kərimli qeyd edib ki, Azərbaycan Türkiyəyə səfər edən turistləri cəlb etmək üçün unikal imkan əldə edib: 

“Digər tərəfdən, qonşu ölkələrdə, xüsusilə Türkiyədə hazırda həm meşə yanğınları, həm də müxtəlif iqtisadi proseslər, o cümlədən inflyasiya turizm səfərlərinin qarşısını alır və ya sayını azaldır. 

Bu baxımdan, Azərbaycan üçün unikal imkan yaranıb ki, Türkiyəyə üz tutan turistləri ölkəmizə cəlb etsin. Xüsusilə MDB ölkələrindən, əsasən də Rusiya, Ukrayna və Belarusdan Türkiyəyə çoxlu sayda turist səfər edirdi. İndiki şəraitdə bizim üçün daha unikal imkanlar yaranıb ki, həmin turistlərin bir hissəsini Azərbaycana cəlb edək”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Türkiyə turizm Eyyub Kərimli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri