“Azərbaycandan gətirilən buğdadan hazırlanan çörəyi hamımız yedik, heç kim zəhərlənməyib” Erməni nazir
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycandan gətirilən buğdanın keyfiyyəti ilə bağlı yaranan müzakirələrə münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, nazir bu barədə özünün “Facebook” səhifəsində yazıb.
O bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin iddialarına baxmayaraq, Azərbaycandan idxal edilən 3-cü sort rus buğdası artıq una və çörəyə çevrilib və ölkədə hər kəs həmin çörəyi istehlak edib.
“Hamımız o çörəyi yedik və gördüyünüz kimi heç kim zəhərlənməyib. 1000 ton buğda bizim gündəlik istehlakımızla müqayisədə çox az miqdardır”, – Papoyan qeyd edib.
Xatırladaq ki, bundan əvvəl sosial şəbəkə istifadəçilərindən biri Papoyandan Azərbaycandan gətirilən buğdanın təhlükəsizliyinə kim zəmanət verdiyini soruşmuşdu. Nazir isə cavabında bildirmişdi ki, bu buğdadan hazırlanan çörəyi ilk o yeyəcək.
Bu mövzuda digər xəbərlər:Ermənistanlı nazir: Azərbaycandan keçib gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram
11 Noyabr 2025 16:09
Deputat: “Erməni çörəyi yeyənlər...
29 Dekabr 2024 11:43
“Onların çörəyi erməni xalqının faciəsindən çıxır”
24 Dekabr 2024 22:57
Qazaxıstan buğdasından hazırlanan çörəyi… Papoyan
11 Noyabr 2025 15:07
Erməni ekspert: “Azərbaycandan nümunə götürün”
23 May 2025 16:35
Baxış sayı:17
Bu xəbər 11 Noyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















