“Onların çörəyi erməni xalqının faciəsindən çıxır”
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
“Erməni diasporunun "çörəyi" erməni xalqının faciəsindən çıxır. Buna görə də onlar durmadan Ermənistanı yeni təxribatlara və faciələrə sürkləməyə çalışır, Cənubi Qafqazda yeni bir qarşıdurmanın baş verməsinə səy göstərirlər”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, erməni toplumu erməni diasporunun məkirli məqsədini anlamalı, onların fitnə-fəsadına uymamalıdır:
“Erməni toplumu anlamalıdır ki, erməni diasporunun fəaliyyəti, səyləri onların məhvinə, yeni məhrumiyyətlərlə üzləşmələrinə hesablanıb. Məqsəd bu qırğın və qarşıdurmalardan istifadə edərək milyonlar toplamaq, öz fərdi maraqlarını təmin etməkdir.
Ermənistanın nicatı onun Azərbaycanın sülh səylərini dəstəkləməsindən keçir. Nə qədər ki, İrəvan bu sadə həqqiəti anlamır, Ermənistan düşdüyü ağır sosial-iqtisadi və siyasi böhrandan xilas ola bilməyəcək”.
Seymur ƏLİYEV
Baxış sayı:87
Bu xəbər 24 Dekabr 2024 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















