Azərbaycandan Gürcüstana nə qədər turist gedib? Fərqli məlumatlar açıqlanıb
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən il xarici ölkələrə 2 milyon 109 min 869 Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricə səfər edən Azərbaycan vətəndaşlarının 60,7%-i və ya 1 milyon 280 min 787 nəfəri turizm məqsədi ilə ölkədən kənara çıxıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşları ən çox Türkiyəyə (870 122 nəfər), Rusiyaya (306 630 nəfər), Gürcüstana (226 092 nəfər), İrana (205 700 nəfər) və Birləşmiş Ərəb Əmirliklərinə (114 555 nəfər) səfər ediblər.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstan Milli Turizm Administrasiyası məlumat açıqlayaraq 2025-ci ildə Azərbaycandan bu ölkəyə 292 min nəfərin səfər etdiyini bildirib. Məlumatda bildirilib ki, 2024-cü ildə Gürcüstana 219 min 356 Azərbaycan vətəndaşı səfər edib, 2025-ci ildə isə bu rəqəm 33,2% artaraq 292 min 149 nəfərə çatıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycandan Gürcüstana təcili dəstək
19 Aprel 2025 15:12
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb
15 Oktyabr 2025 17:39
Azərbaycandan Gürcüstana quru yolu açılır
18 Fevral 2025 15:40
Azərbaycandan Gürcüstana pul köçürmələri artdı
16 Dekabr 2024 17:36
Azərbaycandan Gürcüstana pul köçürmələri artıb
18 Noyabr 2025 11:45
Baxış sayı:92
Bu xəbər 03 Fevral 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















