Gürcüstana nə qədər azərbaycanlı gedib? İki fərqli məlumat var
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Bu ilin ilk yarısında Azərbaycandan Gürcüstana 133 min 345 nəfər səfər edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Statistika İdarəsi yayıb.
Məlumatda bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır. Gürcüstana səfər edən xarici ölkə vətəndaşlarının ümumi sayında Azərbaycanın payı 4,4%-dir. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Gürcüstanda ümumilikdə 108 milyon dollar xərcləyiblər. Bu isə o deməkdir ki, Gürcüstana səfər edən hər bir azərbaycanlı bu ölkədə orta hesabla 810 dollar xərcləyib.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin eyni dövr üçün açıqladığı məlumatlarla Gürcüstan Statistika İdarəsinin açıqladığı məlumatlar üst-üstə düşmür. Belə ki, Dövlət Statistika Komitəsi bu ilin ilk yarısında Gürcüstana 109 min 947 nəfər Azərbaycan vətəndaşının səfər etdiyini açıqlayıb.
Komitənin məlumatında həmçinin qeyd olunur ki, Gürcüstana gedənlərin 57%-i və ya 62 min 622 nəfəri qonşu ölkəyə turizm məqsədilə gedib. Azərbaycanlı turistlərin Gürcüstanda xərclədikləri vəsaitin ümumi məbləği isə 61 milyon 724,6 min manat (36,3 milyon dollar) olub. Komitənin məlumatından belə görünür ki, Gürcüstana səfər edən hər bir azərbaycanlı turist bu ölkədə orta hesabla 580 dollar xərcləyib.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Azərbaycandan Gürcüstana nə qədər turist gedib? Fərqli məlumatlar açıqlanıb
03 Fevral 2026 11:28
AVF rəsmisi Gürcüstana nə üçün gedib?
27 İyun 2025 14:09
Azərbaycanlı deputatlar Gürcüstana səfər edəcəklər
25 Dekabr 2024 11:43
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
21 Aprel 2026 17:52
Gürcüstana işləməyə gedən azərbaycanlı hoteldə öldü
02 Fevral 2025 21:36
Baxış sayı:122
Bu xəbər 08 Oktyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















