Azərbaycandan iki şirkətin süd məhsullarının Rusiyaya idxalına qadağa qoyulub
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Rosselxoznadzor” 11 iyul 2025-ci il tarixindən Azərbaycanın “ALLBUY” MMC və “MILK PRODUCTS” MMC müəssisələri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Bildirilib ki, qərar Azərbaycan tərəfinin Rusiyaya idxal edən adıçəkilən süd məhsulları istehsalçılarının Rusiya Müfəttişliyi Xidməti tərəfindən yoxlama aparılmasından imtina etməsi və onların öz məhsullarının Rusiyaya bundan sonra çatdırılmasında maraqlı olmaması əsasında qəbul edilib.
“Belə ki, “Rosselxoznadzor” Azərbaycanın səlahiyyətli orqanına məhsullarını Rusiya alıcılarına göndərməkdə davam edən 5 süd məhsulları istehsalı müəssisəsində yaxın vaxtlarda yoxlama aparmağa hazır olması barədə məlumat göndərib.
Bu şirkətlərə qarşı görülən tədbirlər Avrasiya İqtisadi İttifaqı qanunvericiliyinə riayət olunmasına nəzarət etmək və onların Avrasiya İqtisadi İttifaqı və Rusiyanın tələb və standartlarına uyğunluğuna dair əvvəllər verilmiş təminatları yoxlamaq, habelə “Rosselxoznadzor” mütəxəssisləri tərəfindən 2024-cü ildə yoxlamalar zamanı aşkar edilmiş çatışmazlıqların nəzərə alınmasını özündə ehtiva edirdi. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, süd məhsulları (yağ və pendirlər) istehsal edən “ALLBUY” MMC və süd məhsulları (yağ) istehsal edən və emalı ilə məşğul olan “MILK PRODUCTS” MMC öz mallarının Rusiyaya ixracında daha maraqlı deyil”, - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 09 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















