Azərbaycandan qaz alan Avropa ölkələrinin sayı 12yə çatdı
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dekabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı – SPP şirkətinə təbii qaz tədarükünə başlayıb.
Bu haqda bu gün SOCAR-ın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.
Bu qaz təchizatları sayəsində SOCAR öz ixrac istiqamətlərini şaxələndirməyə davam edir. Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan on ikinci ölkə olub.
Qeyd edək ki, Slovakiyaya Azərbaycandan qazın idxalını Türkiyə-Bolqarıstan-Rumıniya-Macarıstan marşrutu üzrə birləşdirici kəmərlər vasitəsi ilə həyata keçirir.
Slovakiya hazırda ildə 4 mlrd kubmetr qaz istehlak edi edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 02 Dekabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















