Icma.az
close
up
RU
Azərbaycandan şampun ixracı beş dəfə azalıb, idxal isə artıb

Azərbaycandan şampun ixracı beş dəfə azalıb, idxal isə artıb

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 9 881.77 ton şampun idxal olunub. İdxalın ümumi dəyəri 31 milyon 436.78 min ABŞ dolları təşkil edib. Eyni dövrdə şampun ixracı isə 4.46 ton, dəyər ifadəsində 32.17 min ABŞ dolları olub.

Moderator.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin analoji dövrü ilə müqayisədə idxalda artım, ixracda isə ciddi azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında ölkəyə 9 685.23 ton şampun idxal edilmiş və idxalın dəyəri 27 milyon 686.42 min ABŞ dolları təşkil etmişdi. Bu dövrdə şampun ixracı isə 21.31 ton, dəyəri 94.36 min ABŞ dolları olub. Müqayisə göstərir ki, 2025-ci ildə şampun idxalı həcm baxımından təxminən 2%, dəyər ifadəsində isə 13.5% artıb, ixrac isə həcm baxımından təxminən 4.8 dəfə, dəyər baxımından isə təxminən 2.9 dəfə azalıb.

2025-ci ildə şampun idxalında əsas pay Türkiyənin payına düşüb. Bu ölkədən 4 093.20 ton şampun idxal edilib və dəyəri 10 milyon 269.56 min ABŞ dolları olub. Digər iri tədarükçülər sırasında Rusiya (1 532.05 ton - 5 milyon 734.54 min dollar), Rumıniya (1 080.35 ton - 4 milyon 839.82 min dollar), İran (1 202.10 ton - 1 milyon 810.52 min dollar), Birləşmiş Ərəb Əmirlikləri (403.32 ton - 2 milyon 120.75 min dollar) və Çin (425.33 ton - 1 milyon 49.29 min dollar) yer alıb.

2024-cü ildə də idxalda əsas tərəfdaş Türkiyə olub. Həmin dövrdə bu ölkədən 4 492.17 ton şampun idxal edilib və idxalın dəyəri 10 milyon 57.26 min ABŞ dolları təşkil edib. Rumıniya (1 416.10 ton - 5 milyon 334.47 min dollar), Rusiya (1 150.76 ton - 4 milyon 67.8 min dollar) və İran (1 084.88 ton - 1 milyon 652.95 min dollar) da əsas idxal mənbələri sırasında yer alıb.

2025-ci ildə şampun ixracı əsasən Gürcüstan (1.97 ton - 7.01 min dollar), Rusiya (1.36 ton - 7.56 min dollar), Türkiyə (0.65 ton - 16.01 min dollar) və Qazaxıstan (0.04 ton - 0.55 min dollar) istiqamətində həyata keçirilib. 2024-cü ildə isə ixracın əsas hissəsi Gürcüstan (13.07 ton - 35.70 min dollar), Rusiya (5.74 ton - 27.65 min dollar) və Türkiyə (0.87 ton - 24.93 min dollar) hesabına formalaşmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Dekabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see255

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see219

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see213

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see182

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see167

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see139

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri