Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 1,4 milyard ABŞ dolları dəyərində 4,9 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 190,7 milyon ABŞ dolları və ya 12,3%, həcm baxımından isə 36 milyon kubmetr və yaxud 0,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin, 13,8 milyard kubmetri "Şahdəniz"in, 0,8 milyard kubmetri "Abşeron" yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.
Bu mövzuda digər xəbərlər:Azərbaycandan Türkiyəyə pul köçürmələri azalıb
18 İyun 2026 10:24
Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb SƏBƏB?
23 Mart 2026 11:49
Azərbaycandan Türkiyəyə heyvan mənşəli məhsulların ixracı məsələləri müzakirə edilib
06 Fevral 2026 19:10
Azərbaycanın Türkiyəyə ixracı xeyli azalıb
04 Noyabr 2025 19:44
TANAP Azərbaycandan Türkiyəyə “mavi” körpü
12 İyun 2025 09:57
Baxış sayı:151
Bu xəbər 21 Avqust 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















