Icma.az
close
up
RU
Azərbaycandan tranzit keçməklə narkotik vasitə aparılmasının qarşısı alınıb AZƏRTAC

Azərbaycandan tranzit keçməklə narkotik vasitə aparılmasının qarşısı alınıb AZƏRTAC

Bakı, 3 dekabr, AZƏRTAC

Astara Gömrük İdarəsinin əməkdaşları həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “alma” yükü aparan daha bir nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, idarənin “Cənub-Astara” gömrük postunun idxal nəzarət xəttinə daxil olan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib.

Nəqliyyat vasitəsinin qoşqusunun təsvirlərində şübhəli cizgilər müşahidə olunduğundan yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlamaya cəlb edilib.

Yoxlama zamanı xidməti itin reaksiyasına əsasən iki paletdəki 35 yeşikdən alma yükünün altında gömrük nəzarətindən gizlədilən, falqaya bükülmüş dördbucaqlı formalı, xalis çəkisi 36 kq 20 qr olan narkotik vasitə - marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri