İrandan Rusiyaya növbəti dəfə külli miqdarda narkotik vasitə aparılmasının qarşısı alınıb AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 9 dekabr, AZƏRTAC
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində tranzit keçən daha bir “alma” yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “alma” yükü aparan nəqliyyat vasitəsinə “Cənub-Astara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 4 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki yeşiklərdə üzəri alma yükü ilə örtülməklə gömrük nəzarətindən gizlədilən 126 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 78 kiloqram 332 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 09 Dekabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















