Azərbaycandan Türkiyəyə 594 milyon kVt/saat elektrik enerjisi ixrac edilib
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin on ayı ərzində Azərbaycandan Türkiyəyə 594 milyon kVt/saat elektrik enerjisinin ixrac edildiyi qeyd olunub.
Bakıvaxtı.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin beşinci iclası çərçivəsində nazir Pərviz Şahbazovun Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşündə bildirilib.
Görüşdə son bir il ərzində enerji əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib. Karbohidrogen, bərpa olunan enerji və regional enerji bağlantı layihələri üzrə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib.
Türkiyədə elektrik enerjisinə artan tələbat fonunda iki ölkə arasında elektrik enerjisi interkonnektorlarının qurulmasının vacibliyi vurğulanıb. Bu xüsusda, Naxçıvandan birbaşa və Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan (Naxçıvan) -Türkiyə Enerji Qovşağı layihəsinin icrası nəzərdən keçirilib. Habelə "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" çərçivəsində Türkiyə ilə əməkdaşlıq imkanları dəyərləndirilib. Bu layihələrin TDT formatında enerji əlaqələrinin möhkəmləndirməsinə töhfə verəcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 10 Dekabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















