Icma.az
close
up
RU
TANAP Azərbaycandan Türkiyəyə “mavi” körpü

TANAP Azərbaycandan Türkiyəyə “mavi” körpü

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

7 ildə bu kəmərlə qardaş ölkəyə 33,6 milyard kubmetrdən çox qaz nəql olunub

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan təbii qazın ölkənin hüdudlarından kənara nəql edən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ilk hissəsinin istifadəyə verilməsindən 7 il ötür.

Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı ən uğurlu enerji layihələrindən biri olan TANAP regionun və Avropanın enerji xəritəsini yenidən formalaşdıran, beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi sayılan Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən birini təşkil edir. “Şahdəniz” qazının kommersiya məqsədli nəqlinə başlanmasından bəri bu boru kəməri ilə 82 milyard kubmetr “mavi yanacaq” daşınıb. Bunun da 33,6 milyard kubmetri Türkiyə, 42,5 milyard kubmetri isə Avropaya ixrac olunub.

“Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. 2015-ci il martin 12-də boru kəmərinin təməli qoyulub. Kəmərin Türkiyə ərazisində doldurulmasına 2018-ci ilin yanvar ayının sonunda start verilib. Həmin il iyunun 12-də Türkiyənin Eskişehir şəhərində TANAP-ın Türkiyə hissəsinin açılışı keçirilib. Qardaş ölkəyə ilk kommersiya qazının tədarükü 2019-cu il iyunun 30-da başlayıb. Noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala şəhərində TANAP-ın Avropa ilə birləşdirilməsinin tamamlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin əsas seqmentlərini təşkil edir. Bu, həm də uzunluğuna və boruların diametrinə görə Yaxın Şərqdə inşa edilmiş ən böyük magistral qaz kəməridir. TANAP Gürcüstan – Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə qoşularaq qardaş ölkənin ərazisindən keçməklə Yunanıstanla sərhədə qədər uzanır. Daha sonra isə təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə qovuşur. Ümumi dəyəri 7 milyard dollara yaxın olan bu boru kəmərinin ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkil edir. Gələcəkdə isə bu həcmin 31 milyard kubmetrə qədər artırılması mümkündür.

Trans-Anadolu boru kəməri və bütövlükdə, Cənub Qaz Dəhlizi Azərbaycanın enerji siyasətinin təntənəsidir. Belə ki, ölkəmiz əvvəllər qaz ehtiyatlarını dörd istiqamətdə ixrac etmək imkanına malik olsa da, yeni əsrdə daha bir nəhəng enerji dəhlizinin yaradılmasına üstünlük verib. Beləliklə, ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin qətiyyəti və məqsədyönlü fəaliyyəti nəticəsində XXI əsrin ən nəhəng enerji layihələrindən olan Cənub Qaz Dəhlizi ideyadan reallığa çevrilib. Azərbaycan qazının Avropaya nəqli üçün ən etbarlı marşrut sayılan Cənub Qaz Dəhlizinin mühüm, sonuncudan əvvəlki seqmenti sayılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycan və Türkiyənin birgə enerji əməkdaşlığının, dostluq və qardaşlıq münasibətlərinin təntənəsidir.

Təsadüfi deyil ki, ölkələrimiz arasında enerji sahəsindəki əməkdaşlığın ənənəvi xarakter daşıdığını dəfələrlə bəyan edən dövlətimizin başçısı İlham Əliyev XXI əsrin nəhəng qaz ixracı layihəsinin əhəmiyyəti barədə danışarkən deyib: “TANAP layihəsi dünyada böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək, bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, danışdığımız kimi, yaxın beş ildə biz TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaqdır və eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək”.

Xatırladaq ki, TANAP layihəsi 2011-ci ildə həyata vəsiqə alıb. Belə ki, həmin il oktyabr ayının 25-də Türkiyənin İzmir şəhərində “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” saziş imzalanıb. Həmin il dekabrın 26-da “Türkiyə ərazisində magistral qaz kəmərinin tikintisi üzrə konsorsiumun yaradılması haqqında” Azərbaycan və Türkiyə hökumətləri arasında Anlaşma Memorandumuna imza atılıb. Növbəti ildə isə qaz kəmərinin tikintisi üzrə daha ciddi addımlar atılıb. Belə ki, 2012-ci il iyunun 26-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) sisteminə dair” Saziş imzalanıb. Həmin il noyabrın 20-də Azərbaycan Respublikası Milli Məclisinin iclasında hər iki saziş müzakirəyə çıxarılaraq təsdiqlənib. Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” sazişin təsdiq edilməsi haqqında” Qanunu imzalaması ilə Azərbaycanı Avropa ölkələrinin qaz bazarlarına birləşdirən Trans-Anadolu ixrac boru kəmərinə dair hüquqi bazanın formalaşdırılması başa çatdırılıb.

Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən TANAP layihəsi üzrə tikinti işlərinə, təqribən, 5 il vaxt sərf olunub. Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirən bu layihə üzrə tikinti işlərinə isə 6,5 milyard ABŞ dollarından artıq vəsait xərclənib. Dörd mərhələdə həyata keçirilən layihənin ilk mərhələsi 2018-ci ildə başa çatdırılıb. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası isə həmin il noyabrın 30-da istifadəyə verilib.

Bununla da, Azərbaycan – Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni səhifə açılıb. TANAP Azərbaycanın Türkiyə, Gürcüstan və bir sıra Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, dünyada qaz ixracı marşrutlarının şaxələndirilməsinə, qaz bazarlarına daha çox “mavi yanacağ”ın çıxarılmasına və üçüncü minillikdə dünyada enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir.

TANAP kəməri Türkiyənin şərqindən qərbinə qədər 1793 kilometr məsafə qət edir. Bunun da 1339 kilometri Gürcüstan – Türkiyə sərhədindən Əskişəhərədək, 454 kilometri isə Türkiyə – Yunanıstan sərhədinədək olan hissəni əhatə edir. Türkiyənin 20 vilayətindən keçən boru kəmərinin diametri quruda 56 və 48, dənizdə isə 36 düymdür. Maksimum hündürlüyü dəniz səviyyəsindən 2700 metr olan TANAP-dan Türkiyənin qazpaylama sisteminə iki qol ayrılıb. İllik maksimum ötürücülük qabiliyyəti 30,7 milyard kubmetrə hesablanmış kəmər boyunca 12 təmizləyici tərtibatın buraxılma kamerası, eyni sayda təmizləyici tərtibatın qəbulu kamerası, 49 bağlayıcı armatur stansiyası, eləcə də 4 qaz sərfini ölçmə stansiyası quraşdırılıb.

Vaqif BAYRAMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see353

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see314

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see278

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see272

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see270

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see254

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see254

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see251

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see238

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see236

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see228

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see224

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see222

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see221

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see214

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see210

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see210

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see188

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri