Icma.az
close
up
RU
Azərbaycandan xaricə getmək bahalaşıb Səbəb nədir?

Azərbaycandan xaricə getmək bahalaşıb Səbəb nədir?

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azalaraq 1 milyon 188,9 min nəfər olub.

Dövlət Statistika Komitəsinə məlumatına görə, vətəndaşlarının 40,6 %-i Türkiyəyə, 15,7 %-i Rusiyaya, 11,2 %-i Gürcüstana, 8,9 %-i İrana, 23,6 %-i digər ölkələrə səfər edib, 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib. 1 il əvvələ nisbətən İrana gedənlərin sayı 0,8 %, Gürcüstana gedənlərin sayı 25,9 % artıb, Türkiyəyə gedənlərin sayı 4,2 %, Rusiyaya gedənlərin sayı isə 28,5 % azalıb.

Azərbaycan vətəndaşlarının 69,8 %-i hava, 28,2 %-i dəmir yolu və avtomobil, 2 %-i isə dəniz nəqliyyatından istifadə edib. Son aylarda Azərbaycandan xaricə səyahət edənlərin sayında azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədən gedənlərin ümumi sayı bir qədər geriləyib. 

Azərbaycanda insanlar səyahətə çıxmağa niyə çəkinirlər? Burada maddi imkanların məhdudluğu, yoxsa başqa faktorlar rol oynayır? 

Mövzu ilə bağlı "Cümhuriyət” qəzetinə açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, xaricə gedənlərin sayındakı azalma pandemiya sonrası bərpanın ləngiməsi, iqtisadi çətinliklər və quru sərhədlərin bağlı qalması ilə bağlıdır:

"Bu ilin ilk 6 ayında xaricə gedən vətəndaşların sayında ümumi azalma müşahidə olunur. 2019-cu ildə 5,5 milyon Azərbaycan vətəndaşı xarici səfərlər etmişdi. Görürük ki, COVID-19 pandemiyasından sonra səyahət bazarı hələ də tam bərpa olunmayıb. Ümumilikdə ölkəyə gələnlərin də sayında azalma var, lakin gedənlərin sayındakı geriləmə daha qabarıq şəkildə görünür.

Ölkədən xaricə səfərlərin azalmasına qlobal miqyasda regional gərginliklər, inflyasiya, qida məhsullarının, enerji daşıyıcılarının və nəqliyyat xərclərinin artması da bir sıra təsirlər göstərib.  Bundan əlavə, nəzərə almaq lazımdır ki, Azərbaycanın quru sərhədləri hələ də bağlıdır. Əvvəllər xaricə gedənlərin əksəriyyəti səfərlərini quru sərhədləri vasitəsilə həyata keçirirdisə, indi məcburən hava nəqliyyatından istifadə edirlər. Lakin hava nəqliyyatının qiymətləri də kifayət qədər yüksəkdir”. 

Ekspert qeyd edib ki, xarici səyahətlərdə məhdudiyyətlər və xərclərin artması statistikalara təsir etsə də, daxili turizmə tələbat hələ də yüksəkdir:

"Əvvəllər vətəndaşlar qonşu ölkələrdən tranzit kimi istifadə edərək digər ölkələrə səfər edə bilirdilər, lakin indi bu imkanlar mövcud deyil. Bütün bu amillər, həmçinin regional iqtisadi-siyasi vəziyyət ümumi statistik göstəricilərə təsir edir. Turistlərin ölkəyə gəlməsi bazarda müəyyən bərpa müşahidə olunsa da, hələ pandemiyadan əvvəlki səviyyəyə çatmayıb.

Statistikaya həm iqtisadi, həm də siyasi faktorlar təsir göstərməkdədir. Səyahətə getmək istəyən insanlar müəyyən xərcləri ödəməyə hazır olmalıdırlar. Bunun paralelində daxili turizmə olan təlabat hələ də yüksək olaraq qalmaqdadır”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Avqust 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri