Icma.az
close
up
RU
Azərbaycandan xaricə getmək bahalaşıb Səbəb nədir?

Azərbaycandan xaricə getmək bahalaşıb Səbəb nədir?

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azalaraq 1 milyon 188,9 min nəfər olub.

Dövlət Statistika Komitəsinə məlumatına görə, vətəndaşlarının 40,6 %-i Türkiyəyə, 15,7 %-i Rusiyaya, 11,2 %-i Gürcüstana, 8,9 %-i İrana, 23,6 %-i digər ölkələrə səfər edib, 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib. 1 il əvvələ nisbətən İrana gedənlərin sayı 0,8 %, Gürcüstana gedənlərin sayı 25,9 % artıb, Türkiyəyə gedənlərin sayı 4,2 %, Rusiyaya gedənlərin sayı isə 28,5 % azalıb.

Azərbaycan vətəndaşlarının 69,8 %-i hava, 28,2 %-i dəmir yolu və avtomobil, 2 %-i isə dəniz nəqliyyatından istifadə edib. Son aylarda Azərbaycandan xaricə səyahət edənlərin sayında azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədən gedənlərin ümumi sayı bir qədər geriləyib. 

Azərbaycanda insanlar səyahətə çıxmağa niyə çəkinirlər? Burada maddi imkanların məhdudluğu, yoxsa başqa faktorlar rol oynayır? 

"Ölkə.az" xəbər verir ki, mövzu ilə bağlı "Cümhuriyət” qəzetinə açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, xaricə gedənlərin sayındakı azalma pandemiya sonrası bərpanın ləngiməsi, iqtisadi çətinliklər və quru sərhədlərin bağlı qalması ilə bağlıdır:

"Bu ilin ilk 6 ayında xaricə gedən vətəndaşların sayında ümumi azalma müşahidə olunur. 2019-cu ildə 5,5 milyon Azərbaycan vətəndaşı xarici səfərlər etmişdi. Görürük ki, COVID-19 pandemiyasından sonra səyahət bazarı hələ də tam bərpa olunmayıb. Ümumilikdə ölkəyə gələnlərin də sayında azalma var, lakin gedənlərin sayındakı geriləmə daha qabarıq şəkildə görünür.

Ölkədən xaricə səfərlərin azalmasına qlobal miqyasda regional gərginliklər, inflyasiya, qida məhsullarının, enerji daşıyıcılarının və nəqliyyat xərclərinin artması da bir sıra təsirlər göstərib.  Bundan əlavə, nəzərə almaq lazımdır ki, Azərbaycanın quru sərhədləri hələ də bağlıdır. Əvvəllər xaricə gedənlərin əksəriyyəti səfərlərini quru sərhədləri vasitəsilə həyata keçirirdisə, indi məcburən hava nəqliyyatından istifadə edirlər. Lakin hava nəqliyyatının qiymətləri də kifayət qədər yüksəkdir”. 

Ekspert qeyd edib ki, xarici səyahətlərdə məhdudiyyətlər və xərclərin artması statistikalara təsir etsə də, daxili turizmə tələbat hələ də yüksəkdir:

"Əvvəllər vətəndaşlar qonşu ölkələrdən tranzit kimi istifadə edərək digər ölkələrə səfər edə bilirdilər, lakin indi bu imkanlar mövcud deyil. Bütün bu amillər, həmçinin regional iqtisadi-siyasi vəziyyət ümumi statistik göstəricilərə təsir edir. Turistlərin ölkəyə gəlməsi bazarda müəyyən bərpa müşahidə olunsa da, hələ pandemiyadan əvvəlki səviyyəyə çatmayıb.

Statistikaya həm iqtisadi, həm də siyasi faktorlar təsir göstərməkdədir. Səyahətə getmək istəyən insanlar müəyyən xərcləri ödəməyə hazır olmalıdırlar. Bunun paralelində daxili turizmə olan təlabat hələ də yüksək olaraq qalmaqdadır”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Avqust 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri