Icma.az
close
up
RU
Azərbaycanı ata yurdu bilən türkmanlar

Azərbaycanı ata yurdu bilən türkmanlar

Icma.az, Bakupost saytına istinadən bildirir.


Aida Eyvazlı GÖYTÜRK,

İpək yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri

İraq, Kərkük deyiləndə ilk ağlımıza gələn Sinan Səidin və Nərminə xanımın oxuduğu “Ninnə yarım” mahnısı olur. Hər birimizin ruhuna, qanına, canına hopmuş bir şərqi. Sevməmək, özününkü hesab etməmək mümkün deyil. Çünki şərqinin hər ritmi sənsən, özünsən, sənin kimliyini havalandıran bir musiqidir. Budur qan yaddaşı, könül yaddaşı, ruh yaddaşı.

5 gündür ki, İraqdan -Türkman ellərindən gələn soydaşlarımız, qardaşlarımız Azərbaycanda qonaqdırlar. Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə vətənimizə təşrif buyuran qonaqların proqramı çox zəngin olub. Bu gün Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda gələn qonaqları dinləmək, onların arzularını eşitmək şansımız oldu.

Bizim İlaxır çərşənbə gününü qeyd etdiyimiz Novruz, Bahar əyyamında qan qardaşlarımız ilk dəfə idi ki, iştirak edirdilər. Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panel müzakirələri çox maraqlı keçdi. Türk mədəniyyətini və tarixini araşdıran bir jurnalist və İpək Yolu Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri kimi türkmanları dinləmək mənim üçün çox vacib idi. Panel müzakirələrdə çıxış edənlərin hər biri Azərbaycanı “Ata yurd”, Türkiyəni “Ana yurd” adlandırdılar. Uzun illərin, qərinələrin sınağında və məngənəsində əzilən, döyülən, sıxılan, zindanlara atılan, lakin ruhları ölməyən türkmanlara – bu türk qardaşlarımızın ürəklərinə güc və qüvvəti sən demə Türkiyə və Azərbaycanın varlığı veribdir. İnanıblar ki, dünyanın düzəni dəyişən bir gün olacaq və Türkiyə də, Azərbaycan da onlara qucaq açacaq.

Forumda Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman ziyalılarından biri, İraq Parlamentinin Türkmanlar qrupunun sədri, ictimai-siyasi xadim Ərşad Saleh öz çıxışında Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə adlandırılan Füzuli şəhərinə və işğaldan azad edilmiş digər ərazilərə - Şuşa, Xankəndi, Xocalı, Suqovuşana etdikləri səfərdən, Bakıda Zəfər Parkında, Hərbi Qənimətlər Parkında gəzərkən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisinin, İraqın tanınmış ziyalıları və tarixçilərinin, Suriya türkmanlarının təmsilçilərinin keçirdikləri qürur hissindən danışdı. Dedi ki, 30 il idi ki, Qarbağ dərdi hər bir türkmanın da qəlbində sağalmaz yara idi.

İraq Parlamentinin deputatı, turkmanların millət vəkili Ərşad Saleh onu da dedi ki, Azərbaycanda olmaq hər bir türkman üçün qürur və sevinc mənbəyidir”.

"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda çıxış edən İraq, Suriya və Türkiyədən olan türkman vətəndaş cəmiyyəti təmsilçiləri hər biri çıxışın sonunu bayatı ilə bitirirdi. Bu gün azadlıq eşqi ilə yanan hər bir türk Azərbaycanın Zəfərindən güc alır, bu yolu öz yolu bilir. Forumun digər iştirakçısı Türkman eli Federasiyası Dərnəklərinin sədri Mehmet Tütüncü çıxışını belə başladı:

Qara bax,

Daş üstündə qara bax.

Könlümdə iki yara:

Biri Kərkük, Qarabağ.

Mehmet Tütüncü də, Türkman Araşdırmalar Təşkilatının sədri Nebil Salin Kifrili də Azərbaycandan umaqcaqları olduğunu söylədilər. Bildirdilər ki, türklərin, kərküklərin çoxluq təşkil etdiyi şəhərlərdə mütləq bir Azərbaycan evinin, türk evinin və ya mədəniyyət mərkəzinin açılmasına ehtiyac vardır. Türkmanların məktəb, xəstəxana problemi vardır. Türkman məktəblərində yeni texnologiyalar belə tətbiq olunmur. Ümid edirlər ki, Azərbaycan orada yaşayan türk balaları üçün nə vaxtsa bir məktəb, təhsil ocağı, Qarabağ Universitetinin filialını açacaq. Təxminən 20 il bundan əvvəl Azərbaycan dövləti 100-ə yaxın iraqlı tələbəni Azərbaycana dəvət edərək onların ali məktəblərdə təhsil almasına şərait yaradıb. İndi o tələbələr böyüyüb yaşadıqları vətənlərinə xeyir verirlər. Bu gün də Azərbaycanın ali məktəblərində oxumaq üçün xəyallar quran yüzlərlə iraqlı, kərküklü türkman vardır. Vaxtilə Azərbaycanda təhsil alan, bu gün İraqda yüksək mənsəb sahibi olan həkim, mühəndislər də Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin keçirdiyi forumda söz alıb danışdılar. Nə vaxtsa Azərbaycanda yaşamqlarını bəxtlərinə yazılan ən gözəl yazı olduğunu dedilər. Onu da dedilər ki, İraqda Novruz şənlikləri demək olar ki, keçirilmir. Ta qədimdən türk mədəniyyətinin və məişətinin özəyini təşkil edən bu yenilənmə bayramı bir çox türk xalqları yaşayan ölkələrdə keçirilsə də, İraqda yaddaşlardan silinmək ərəfəsindədir. Hətta məruzəçilər onu da dedilər ki, gün o gün olsun ki, Azərbaycan Dövlətinin İraqda turkmanlar üçün yaradacağı Mədəniyyət Mərkəzində ilk keçirəcəkləri şənlik Novruz Bayramı və Zəfər günü olsun.

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda gəldiyim ilkin nəticələr belə oldu:

- Agentlik Azərbaycan Prezidentinin etimadını doğruldur. Yolumuzdan uzaq, könlümüzə yaxın olan türk xalqarının mədəniyyəti və tarixinin araşdırılmasında vətəndaş cəmiyyətlərində ali mövqe tutan alimlər, akademiklər, öz sahəsinin peşəkarları olan ziyalılara arxalanaraq elmi konfranslar, forumlar keçirir. Bu kürsülərdən səslənən fikirlər isə iştirakçıların təmsil etdikləri dövlətdə çağırış kimi, tələb kimi, prioritet məsələ kimi nəzərə alınır;

-Bahar günlərdinə iştirak etdiyimiz forumda bir də Azərbaycan vətəndaşı olduğum üçün qürur hissi keçirdim. Onun şahidi oldum ki, dünyanın hər yerində yaşayan türkmanlar da, azərbaycanlılar da Azərbaycan Prezidenti İlham Əliyevə inanırlar. Bu gün qonağımız olan Türkman nümayəndə heyyətinin üzvlərinin hər biri Azərbaycanı Ata Yurdu sayır. Onların Azərbaycandan məktəb, xəstəxana, kitabxana, mədəniyyət mərkəzi, təhsil islahatları istəmələrinin özündə belə qeyri –adi heç nə yoxdur. Çünki övlad çatmayan hər şeyini ATAdan istəyər, ATAnı hamıdan güclü bilər. Biz də, turkmanlar da böyük türk ailəsinin budaqları, qollarıyıq. Azərbaycanı Ata yurdu hesab edən türkmanlar həm də Azərbaycanın Ali Baş Komandanı Zəfərin elçisi İlham Əliyevə inanırlar!

Mən İpək yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri kimi, eləcə də azərbaycan türkü kimi inanıram ki, Azərbaycan Dövləti ermənilərin viran qoyduqları yurdlarımızda abadlıq və tikinti işlərini bitirəndən sonra, və ya bəlkə də daha tez bir zamanda ona Ata kimi, böyük kimi, güclü sipər kimi, arxalarında dağ kimi baxan İraq türkmanlarının arzularını da həyata keçirəcək. Tanrı Dövlətimizin bayrağını hər zaman uca etsin! Biz Zəfərimizin sevincini bölüşməyə hazırıq.

Aida Eyvazlı GÖYTÜRK,







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Mart 2025 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see383

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see326

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see260

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see233

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see224

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see223

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see211

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see203

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see196

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see195

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see190

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see186

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see185

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see182

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see180

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see168

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see166

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see146

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see146

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri