Icma.az
close
up
RU
Azərbaycanı ata yurdu bilən TÜRKMANLAR

Azərbaycanı ata yurdu bilən TÜRKMANLAR

Icma.az, Modern.az saytına istinadən bildirir.

İraq, Kərkük deyiləndə ilk ağlımıza gələn Sinan Səidin və Nərminə xanımın oxuduğu “Ninnə yarım” mahnısı olur. Hər birimizin ruhuna, qanına, canına hopmuş bir şərqi.  Sevməmək, özününkü hesab etməmək mümkün deyil. Çünki şərqinin hər ritmi sənsən, özünsən, sənin kimliyini havalandıran bir musiqidir. Budur qan yaddaşı, könül yaddaşı, ruh yaddaşı.

5 gündür ki, İraqdan -Türkman ellərindən gələn soydaşlarımız, qardaşlarımız Azərbaycanda qonaqdırlar. Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə vətənimizə təşrif buyuran qonaqların proqramı çox zəngin olub. Bu gün Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda gələn qonaqları dinləmək, onların arzularını eşitmək şansımız oldu.

Bizim İlaxır çərşənbə gününü qeyd etdiyimiz Novruz, Bahar əyyamında qan qardaşlarımız ilk dəfə idi ki, iştirak edirdilər. Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panel müzakirələri çox maraqlı keçdi. Türk mədəniyyətini və tarixini araşdıran bir jurnalist və İpək Yolu Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri kimi türkmanları dinləmək mənim üçün çox vacib idi. Panel müzakirələrdə çıxış edənlərin hər biri Azərbaycanı “Ata yurd”, Türkiyəni “Ana yurd” adlandırdılar. Uzun illərin, qərinələrin  sınağında və məngənəsində əzilən, döyülən, sıxılan, zindanlara atılan, lakin ruhları ölməyən türkmanlara – bu türk qardaşlarımızın ürəklərinə güc və qüvvəti sən demə Türkiyə və Azərbaycanın varlığı veribdir. İnanıblar ki, dünyanın düzəni dəyişən bir gün olacaq və Türkiyə də, Azərbaycan da onlara qucaq açacaq.

Forumda Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman ziyalılarından biri, İraq Parlamentinin Türkmanlar qrupunun sədri, ictimai-siyasi xadim Ərşad Saleh öz çıxışında Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə adlandırılan Füzuli şəhərinə və işğaldan azad edilmiş digər ərazilərə - Şuşa, Xankəndi, Xocalı, Suqovuşana etdikləri səfərdən, Bakıda Zəfər Parkında, Hərbi Qənimətlər Parkında gəzərkən  30-dan çox vətəndaş cəmiyyəti təmsilçisinin,  İraqın tanınmış ziyalıları və tarixçilərinin, Suriya türkmanlarının təmsilçilərinin  keçirdikləri qürur hissindən danışdı. Dedi ki, 30 il idi ki, Qarbağ dərdi hər bir türkmanın da qəlbində sağalmaz yara idi.

İraq Parlamentinin deputatı, turkmanların millət vəkili Ərşad Saleh onu da dedi ki, Azərbaycanda olmaq hər bir türkman üçün qürur və sevinc mənbəyidir”.
"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda çıxış edən İraq, Suriya və Türkiyədən olan türkman vətəndaş cəmiyyəti təmsilçiləri hər biri çıxışın sonunu bayatı ilə bitirirdi. Bu gün azadlıq eşqi ilə yanan hər bir türk Azərbaycanın Zəfərindən güc alır, bu yolu öz yolu bilir.  Forumun digər iştirakçısı  Türkman eli Federasiyası Dərnəklərinin sədri Mehmet Tütüncü çıxışını belə başladı:

Qara bax,
Daş üstündə qara bax.
Könlümdə iki yara:
Biri Kərkük, Qarabağ.

Mehmet Tütüncü də, Türkman Araşdırmalar Təşkilatının sədri Nebil Salin Kifrili də Azərbaycandan umaqcaqları olduğunu söylədilər. Bildirdilər ki, türklərin, kərküklərin çoxluq təşkil etdiyi şəhərlərdə mütləq bir Azərbaycan  evinin,  türk evinin və ya mədəniyyət mərkəzinin açılmasına ehtiyac vardır. Türkmanların məktəb, xəstəxana problemi vardır. Türkman məktəblərində yeni texnologiyalar belə tətbiq olunmur.  Ümid edirlər ki, Azərbaycan orada yaşayan türk balaları  üçün nə vaxtsa bir məktəb, təhsil ocağı, Qarabağ Universitetinin filialını açacaq.  Təxminən 20 il bundan əvvəl Azərbaycan dövləti 100-ə yaxın iraqlı tələbəni Azərbaycana dəvət edərək onların ali məktəblərdə təhsil almasına şərait yaradıb. İndi o tələbələr böyüyüb yaşadıqları vətənlərinə xeyir verirlər. Bu gün də Azərbaycanın ali məktəblərində oxumaq üçün xəyallar quran yüzlərlə iraqlı, kərküklü türkman vardır. Vaxtilə Azərbaycanda təhsil alan, bu gün İraqda yüksək mənsəb sahibi olan həkim, mühəndislər də Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin keçirdiyi forumda söz alıb danışdılar. Nə vaxtsa Azərbaycanda yaşamqlarını  bəxtlərinə yazılan ən gözəl yazı olduğunu dedilər. Onu da dedilər ki, İraqda Novruz şənlikləri demək olar ki, keçirilmir. Ta qədimdən   türk mədəniyyətinin və məişətinin özəyini təşkil edən bu yenilənmə bayramı  bir çox türk xalqları yaşayan ölkələrdə keçirilsə də, İraqda yaddaşlardan silinmək ərəfəsindədir. Hətta məruzəçilər onu da dedilər ki, gün o gün olsun ki, Azərbaycan Dövlətinin İraqda turkmanlar üçün yaradacağı Mədəniyyət Mərkəzində ilk keçirəcəkləri şənlik Novruz Bayramı və Zəfər günü olsun.

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda gəldiyim ilkin nəticələr belə oldu:

- Agentlik Azərbaycan Prezidentinin etimadını doğruldur.  Yolumuzdan uzaq, könlümüzə yaxın olan türk xalqarının mədəniyyəti və tarixinin araşdırılmasında vətəndaş cəmiyyətlərində ali mövqe tutan alimlər, akademiklər, öz sahəsinin peşəkarları olan ziyalılara arxalanaraq elmi konfranslar, forumlar keçirir. Bu kürsülərdən səslənən fikirlər isə iştirakçıların təmsil etdikləri dövlətdə çağırış kimi, tələb kimi, prioritet məsələ kimi nəzərə alınır;

-Bahar günlərdinə iştirak etdiyimiz forumda bir də Azərbaycan vətəndaşı olduğum üçün qürur hissi keçirdim. Onun şahidi oldum ki, dünyanın hər yerində yaşayan türkmanlar da, azərbaycanlılar da Azərbaycan Prezidenti İlham Əliyevə inanırlar.  Bu gün qonağımız olan Türkman nümayəndə heyyətinin üzvlərinin hər biri Azərbaycanı Ata Yurdu sayır. Onların Azərbaycandan məktəb, xəstəxana, kitabxana, mədəniyyət mərkəzi, təhsil islahatları istəmələrinin özündə belə qeyri –adi heç nə yoxdur. Çünki övlad çatmayan hər şeyini ATAdan istəyər, ATAnı hamıdan güclü bilər. Biz də, turkmanlar da böyük türk ailəsinin budaqları, qollarıyıq. Azərbaycanı Ata yurdu hesab edən türkmanlar həm də Azərbaycanın Ali Baş Komandanı  Zəfərin elçisi  İlham Əliyevə inanırlar!

Mən İpək yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri kimi, eləcə də azərbaycan türkü kimi inanıram ki, Azərbaycan Dövləti ermənilərin viran qoyduqları yurdlarımızda  abadlıq və tikinti işlərini bitirəndən sonra, və ya bəlkə də daha tez bir zamanda ona Ata kimi, böyük kimi, güclü sipər kimi, arxalarında dağ kimi baxan İraq türkmanlarının arzularını da həyata keçirəcək. Tanrı Dövlətimizin bayrağını hər zaman uca etsin! Biz Zəfərimizin sevincini bölüşməyə hazırıq.
 

Aida Eyvazlı GÖYTÜRK,
İpək yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Mart 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see303

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see298

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see247

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see245

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see242

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see240

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see228

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see226

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see221

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see217

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see212

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see207

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see200

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see199

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see194

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see188

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see187

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see170

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri