Icma.az
close
up
RU
Azərbaycanı Avropa Kubokunda 8 karateçi təmsil edəcək

Azərbaycanı Avropa Kubokunda 8 karateçi təmsil edəcək

Karatenin fullkontakt kyokuşin növü üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının üzvləri Belçikanın Antverpen şəhərinə yola düşüblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Federasiyadan verilən məlumata görə, yığma yarışda 8 idmançı ilə təmsil olunacaq. Karateçilər baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar. Azərbaycanlı hakim Mail Abdullayev isə ədaləti qoruyacaq.

Qeyd edək ki, Avropa Kubokunda ilk üç yeri tutan karateçilər dünya çempionatına lisenziya qazanacaqlar.

seeBaxış sayı:55
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri