Azərbaycanı dünya çempionatında təmsil edəcək taekvondoçular açıqlanıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 20 oktyabr, AZƏRTAC
Çinin Uşi şəhərində keçiriləcək böyüklər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildirilib ki, ölkəmizi mundialda 9 idmançı təmsil edəcək.
Kişilərin yarışında Bəhruz Quluzadə (54 kiloqram), Qaşım Maqomedov (58 kiloqram), Fuad Təhməzov (63 kiloqram), Riyad Şirəliyev (68 kiloqram), Cavad Ağayev (74 kiloqram), Taleh Süleymanov (80 kiloqram) və Eltac Qafarov (87 kiloqram) güclərini yoxlayacaqlar.
Qadınların mübarizəsində isə Minayə Əkbərova (46 kiloqram) və Səmərrux Osmanova (49 kiloqram) dayanq üzərinə çıxacaqlar.
Beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva isə yarışda ədalət təmsilçisi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, mundial oktyabrın 24–30-da təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 20 Oktyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















