Icma.az
close
up
RU
Azərbaycanı gözləyən təhlükə Hökumətə çağırış edildi: Vaxtında tədbir görülməsə...

Azərbaycanı gözləyən təhlükə Hökumətə çağırış edildi: Vaxtında tədbir görülməsə...

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda iqtisadiyyatın əsas gəlir mənbəyi uzun illərdir neft və qaz sektorudur. Neft gəlirləri ölkənin maliyyə dayanıqlığında mühüm rol oynasa da, bu resursların tükənmə ehtimalı gələcək üçün ciddi risklər yaradır. Mütəxəssislər hesab edirlər ki, qeyri-neft sektorunun, xüsusilə regionlarda istehsal və məşğulluq yaradan sahələrin inkişafı prioritet olmalıdır. Heyvandarlıq, kənd təsərrüfatı, emal sənayesi və digər real sektorların gücləndirilməsi neftdən sonrakı dövrdə ölkə iqtisadiyyatının əsas dayağına çevrilə bilər.

Neft ehtiyatları tükəndikdən sonra Azərbaycanın iqtisadi dayanıqlığını təmin edə biləcək əsas sahələr hansılardır? Regionlarda iş yerlərinin artırılması üçün dövlət hansı real addımları atmalıdır?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycan hökumətinin prioritet elan etdiyi sahələr mövcuddur.

Onun sözlərinə görə, bunlar aqrar sektor, turizm və rəqəmsal iqtisadiyyatdır:

“Şübhəsiz ki, prioritet sahələrin müəyyənləşdirilməsi müsbət addımdır. Çünki uzun müddət bu məsələlərlə bağlı suallar yaranırdı. Lakin prioritetlərin elan olunması ilə problemlər avtomatik həllini tapmır. Məsələn, quru sərhədlərin bağlı qalması turizmin inkişafına ciddi maneə yaradır. Rəqəmsal dəyişim istiqamətində isə əsas problemlərdən biri yerli mütəxəssislərin çatışmazlığıdır. Aqrar sektorun prioritet elan olunmasına baxmayaraq, son beş ildə qaramal və davarların sayında kəskin azalma müşahidə olunur. Bu faktlar onu göstərir ki, sahələrin təkcə prioritet kimi müəyyənləşdirilməsi yetərli deyil, burada sistemli boşluqlar mövcuddur”.

Natiq Cəfərli

Natiq Cəfərlinin fikrincə, hökumət ayrı-ayrı sahələri önə çəkməkdən daha çox, ümumilikdə iqtisadi azadlıqların genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində qərarlar qəbul etməlidir:

“Vergi və gömrük rüsumlarının azaldılması, rəqabətli mühitin gücləndirilməsi bu baxımdan vacibdir. Eyni zamanda, məhkəmələrin tez və ədalətli qərar verməsi təmin olunmalıdır ki, bu da iqtisadi inkişaf üçün əsas şərtlərdən biridir. Belə bir mühit formalaşdığı halda, əhali öz təşəbbüsü ilə elə sahələr tapıb inkişaf etdirə bilər ki, bəlkə də, mütəxəssis olaraq bizim belə ağlımıza gəlmir. Ona görə də ilk növbədə sağlam iqtisadi mühit yaradılmalıdır. Prioritet sahələr isə bundan sonra təbii şəkildə, rəqabət mühitində özünü büruzə verəcək. Bir çox ölkələrin təcrübəsi də bunu göstərir. Dövlət proqramları ilə yanaşı, orqanik şəkildə inkişaf edən sahələr də mövcud olur. Məsələn, Cənubi Koreyada əsas diqqət texnoloji sahələrə yönəlsə də, zamanla avtomobil sənayesi də sürətlə inkişaf etdi. Sinqapurda əvvəlcə gəmiçiliyə üstünlük verilirdi, lakin sonradan maliyyə və bank sektoru, birjalar ön plana çıxdı. Yəni prioritet elan olunan sahələrlə yanaşı, ümumi iqtisadi mühitin sağlamlaşdırılması da zəruridir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri