Icma.az
close
up
RU
ƏHD Partiyası hökumətə çağırış edib

ƏHD Partiyası hökumətə çağırış edib

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ədalət Hüquq Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən Xalqcəbhəsi.az-a verilən məlumata görə, müzakirələrdən sonra İdarə Heyəti Bəyanat qəbul edib. Bəyanatda deyilir:
-OPEK+ ölkələrinin 3 may tarixində qəbul etdiyi qərara görə, iyun ayından başlayaraq, sutkada neft hasilatının 411 min barrel artırılması neftin qiymətinin dərhal 55.3 dollara qədər ucuzlaşmasına səbəb olub. İqtisadiyyatımızın neft gəlirlərindən ciddi asılı olmasına, büdcədə neftin qiymətinin 70 dollar nəzərdə tutlmasına diqqəti çəkən ƏHD Partiyası hökuməti 2016-cı ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Milli iqtisadiyyatın inkişaf perspektivlərinə dair Strateyi Yol Xəritəsi” ilə qarşıya qoyulan vəzifələri gec də olsa tam olaraq yerinə yetirməyə çağırır. ƏHD Partiyası hökuməti bir daha özəl sektorun dəstəklənməsi, investisiya cəlbi üçün mülkiyyət toxunulmazlığının təmin edilməsi istiqamətində əlavə tədbirlərin görülməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi, üzən məzənnəyə keçilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbi üçün yerli icra orqanlarına geniş səlahiyyətlər verilməsi, Neft Fondunun vəsaitlərinin bir hissəsinin yerli kommersiya banklarında yerləşdirilməsi ilə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq üçün idarəetmədə islahatların aparılmasına çağırır. Neft Fondu diqqəti vəsaitlərin idarə olunmasından pul qazanmağa yönəltməməlidir. Həmin vəsait iqtisadiyyatın inkişafına daha ciddi təhfə verməyə yönəldilməlidir. Bu halda yaradılan istehsal və emal müəssisələri vergi verəcək, yeni iş yerləri açacaqlar.
ƏHD Partiyası hesab edir ki, neftin qiyməti düşməkdə davam edəcəksə, (təəssüf ki, bu ehtimal böyükdür) yenidən devalvasiyaya getmək qaçılmaz olacaq.
ƏHD Partiyası iqtidarı siyasi partiyalarla sosial-iqtisadi vəziyyətin müzakirəsi üçün məsləhətləşmələr aparmağa çağırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 May 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri