Icma.az
close
up
RU
Azərbaycanı güclü dövlətə çevirən yeni paradiqma və… Mövqe

Azərbaycanı güclü dövlətə çevirən yeni paradiqma və… Mövqe

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra yeni paradiqmaların formalaşdırlması istiqamətində çalışır. Yeni paradiqma müasir qlobal çağırışıların tələbinə uyğun olaraq regional və beynəlxalq miqyasda ciddi oyuçu rolunda çıxış edən güclü və qüdrətli regional gücə malik Azərbaycan dövlətinin qurulmasıdır. Bu yeni paradiqma cənab Prezident İlham Əliyevin liderliyi altında öz bəhrəsini verməkdədir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycanın formalaşdırmağa çalışdığı yeni paradiqmanın əsaslarını ümumbəşəri dəyərlər əsaslanan yeni növ beynəlxalq münasibətlərin və bəşəriyyətin vahid taleyi birliyinin yaradılması təşkil edir: “Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi yeni paradiqma regional və qlobal səviyyədə dəstəklənməkdədir. Bunun nəticəsidir ki, Avrasiya coğrafiyasında strateji məkanda yerləşən Azərbaycan bütün maraqlı tərəflər arasında bir körpü rolunu oynamaqdadır. Avrasiyanın bütün növ bağlantı dəhlizləri Azərbaycanın iştirakı ilə müəyyən edilməkdədir. Bu da təbii olaraq ən fərqli güclərin marağına cavab verir. Bütün bunlar isə cənab Prezident İlham Əliyevin müasir qlobal çağırışlara zamanında çevik reaksiya verərək yürütdüyü uzaqgörən siyasətin  və bölgədə transmilli enerji, iqtisadi, nəqliyyat, tranzit-yükdaşıma sahəsində reallaşdırılan layihələrin nəticəsində mümkün olub. 

Azərbaycanın hədəfi Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) öz töhfəsini verməkdir. Azərbaycan DİM-in “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” planına uyğun olaraq müəyyən edilmiş qlobal məqsəd və hədəflərin dayanıqlı inkişafın bir-biri ilə vəhdət təşkil edən iqtisadi, sosial və ətraf mühit sahələrində tarazlı idarəetmənin həyata keçirilməsi istiqamətində ciddi addımlar atmaqdadır. 

Uğurlu və çevik çoxvektorlu diplomatiya hesabına Azərbaycan təkcə təmsil olunduğu Qafqaz regionunda deyil, bütövlükdə Avrasiya, Afrika, Latın Amerikası və Okeaniyada ciddi oyunçu qismində qəbul edilməkdədir. Bu səbəbdən də Azərbaycan son onillikdə dünyanı narahat edən qlobal humanitar problemlərin həllinin dialoq mərkəzinə çevrilib. Əminliklə qeyd edə bilərik ki, Azərbaycanın iştirakı ilə  bəşəri dəyərlərə əsaslanan yeni bir dünya qurulmaqdadır. Bu istər özünü cənab Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanan sənədlər və Birgə Bəyanatın müddəalarında, istər İran prezidenti Məsud Pezeşkianın Azərbaycan səfəri zamanı verdiyi bəayantlarda, imzalanan sənədlərdə, istər Aİ-nin ali nüamyəndəsi  Kaya Kallasın, istər ATƏT Baş katibi Ferudin Sınırlıoğlunun Bakıya səfəri zamanı verilən bəyanatlarda öz əksini tapıb. Yekun olaraq onu qeyd etmək olar ki, Azərbaycanın milli maraqlara, strateji inkişafına, eyni zamanda hədəflərinə nail olunması istiqamətində müəyyən etdiyi yeni paradiqma regional və qlobal münasibətlər sistemində yeni sabitliyə, inkişafa xidmət edən əməkdaşlıq münasibətlərinin qurulmasına, qlobal iqtisadiyyata öz töhfəsini verməklə yanaşı, ölkəmizin dünyada daha güclü bir dövlətə çevrilməsi ilə nəticələnəcək”.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Aprel 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri