Icma.az
close
up
RU
Azərbaycanı qlobal və regional münasibətlər sistemində ciddi oyunçuya çevirən səfər Mövqe

Azərbaycanı qlobal və regional münasibətlər sistemində ciddi oyunçuya çevirən səfər Mövqe

Icma.az bildirir, Olke.az portalına istinadən.

“Mövcud mürəkkəb qlobal geosiyasi proseslər fonunda milli maraqlara əsaslanaraq yürüdülən  praqmatik və çoxvektorlu xarici siyasət kursu  təkcə Azərbaycanın inkişafına, beynəlxalq arenadakı rolunun artmasına deyil, eyni zamanda yeni regional və qlobal əməkdaşlıq formatlarının qurulması baxımdan mühüm amildir. Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşdırılması istiqamətində gedən mürəkkəb, bir çox hallarda böhran, xaosla müşahidə olunan geosiyasi, geoiqtisadi prosesləri fürsətə çevirə bilmək  bacarığı nəticəsində Azərbaycan Avrasiya coğrafiyasında çoxşaxəli əməkdaşlıq qovşağına çevrilib. Bu da Azərbaycanın regional və qlobal münasibətlər sistemindəki rolunu daha da artıraraq ciddi oyunçuya çevirməkdədir”. 

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfərinin yekunlarını şərh edərkən deyib.

Deputat bildirib ki, ona görə də cənab Prezident İlham Əliyevin Çinə dövlət səfərini təkcə ikitrəfli münasibətlər baxımdan deyil, multiregional, çoxvektorlu, balanslaşdırılmış xarici siyasi kursunun uğurla inkişaf  etdirilməsi kimi xarakterizə edilməlidir: “Bu səfər ölkəmizin beynəlxalq münasibətlər sistemində qazandığı uğurun təsdiqidir. Bunun üçün səfər zamanı keçirilən çoxsaylı görüşlər və bu görüşlərdə müzakirə edilən məsələlərə, imzalanan Birgə Bəyanata, ikitərəfli sənədlərə diqqət yetirmək kifayətdir.

Səfərin əhəmiyyətini belə xarakterizə etmək olar:
- İkitərəfli münasibətlərin inkişafı baxımdan, xüsusən də yeni çağırışlara uyğun olaraq  inkişaf strategiyasında müəyyən edilən hədəflərə nail olmaq;
- Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx inteqrasiya olunmuş əməkdaşlıq münasibətlərinin qurulması;
- Qərb-Şimali Afrika-Şərq arasında Aralıq dənizi-Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya vasitəsi ilə Uzaq Şərq arasında multiregional əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi;
- “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin imkanlarının inkişaf etdirilməsi, investisiyaların cəlb edilməsi, “yaşıl dəhlizə” çevrilməsi;
- Zəngəzur dəhlizinin açılması;
- Çoxvektorlu və çoxtərəfli xarici siyasi kursun uğurla davam etdirilməsi;
- Təmsil olunduğumuz Cənubi Qafqazda geosiyasi mübarizələr fonunda ölkəmizə  və bütövlükdə bölgədə yarana biləcək təhdidlərin zərərsizləşdirilməsi;
- Bütövlükdə Avrasiya coğrafiyasında təhlükəsizliyin yaranmasına töhfə verilməsi və digər  mühüm məsələlər baxımdan mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidentinin səfəri, istər Çin kimi qlobal gücə malik dövlətlə əlaqələrin inkişafında, istərsə də uğurla həyata keçiriləm çoxvektorlu xarici siyasət baxımdan qlobal və regional münasibətlər sistemində yeni mərhələyə qədəm qoyacaq ki, bu da öz növbəsində qlobal iqtisadiyyatin inkişafına öz müsbət töhfəsini verəcək”.

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Aprel 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri