Azərbaycanı hədəf alan Sərrafın gerçək kimliyi FAKTLAR
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın Azərbaycanda məktəblilərin geyim normaları ilə bağlı qərarına münasibətinə rəsmi Bakıdan sərt reaksiya gəlib. Elm və Təhsil Nazirliyi Sərrafı Azərbaycanın daxili işlərinə müdaxilə cəhdində günahlandırıb.
Bəs Azərbaycanı hədəf alan Hüseyn Simayi Sərraf kimdir?
Araşdırmamıza görə, onun Sərraf Ermənistanla bağlı müsbət açıqlamaları və mövqeyi ilə tanınır.
Andreasyanla görüş
2025-ci il sentyabrın 8-də Simayi Sərraf İrana səfər edən Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanla görüşüb. Görüşün nəticəsi olaraq iki ölkə arasında 2025–2029-cu illəri əhatə edən təhsil sahəsində əməkdaşlıq memorandumu imzalanıb.
İranlı nazir İranın böyük universitet potensialına və elmin müxtəlif sahələrində uzunmüddətli təcrübəyə malik olduğunu bildirib. O, erməni həmkarını İranın elm və texnologiya parkları ilə tanış olmağa dəvət edib.
Müəllim mübadiləsi
Tərəflər universitetlər arasında əlaqələrin qurulması, müəllim və alim mübadiləsi, təhsil proqramlarının paylaşılması və diplomların qarşılıqlı tanınması imkanlarını müzakirə ediblər.
İki ölkə arasında imzalanan memorandum elmi və təhsil əlaqələrinin institusional əsasda genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, ali təhsil müəssisələri arasında birbaşa əlaqələr qurulması, professor və müəllimlərin qarşılıqlı səfərləri, eləcə də təhsil sistemləri barədə məlumat mübadiləsi planlaşdırılır.
İrəvanın müharibə zamanı İrana “dəstəyi”
2026-cı il martın 31-də Hüseyn Simayi-Sərraf Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanla telefon danışığı aparıb.
İranın “Tasnim” agentliyinin məlumatına görə, Simayi-Sərraf danışıq zamanı ABŞ və İsrailin İrana qarşı müharibəsi dövründə Ermənistan xalqının və hökumətinin göstərdiyi maddi və mənəvi dəstəyə görə təşəkkür edib.
O, İranın müharibə tərəfdarı olmadığını bildirib və son iki müharibədə qarşı tərəfin siyasi danışıqlar zamanı diplomatiyaya xəyanət etdiyini iddia edib.
Qarabağla bağlı sükutu
Ermənistanla bağlı müsbət fikirləri ilə gündəmə gələn Simayi-Sərrafın ermənilərin işğal altında saxladıqları Qarabağda dağıdıb murdarladıqları, heyvan saxladıqları məscidlər barədə heç bir fikir bildirməməsi diqqət çəkir. Azərbaycanda vahid məktəbli formasını “hicab qadağası” kimi təqdim etməyə və bunun dinə qarşı yönəldiyini əsaslandırmağa çalışan Sərrafın Ermənistanın İslama qarşı münasibətinə loyal yanaşması birmənalı qarşılana bilməz./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 26 Oktyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















