Icma.az
close
up
RU
Rusiya mediası Azərbaycanı hədəf aldı

Rusiya mediası Azərbaycanı hədəf aldı

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“SP”: “Əgər İranda mövcud hakimiyyət qalarsa, Azərbaycanla qarşıdurmada olacaq...”

“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yalnız Rusiya və İran arasında layihə deyil. Bu, həm Moskva, həm də Tehran üçün tamamilə dost olmayan Azərbaycana da aid layihədir”.
 Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, “Svobodnaya Pressa” öz təhlil məqaləsində belə yazır.
Siyasi analitik Mixail Neyjmakov nəşrə deyib ki, İran ətrafında hərbi eskalasiya davam edir və dəhlizin ən vacib hissəsi- İranın cənubundakı Bəndər Abbas limanı vaxtaşırı atəşə tutulur. “Bu liman ABŞ və İsrail üçün açıq-aydın hədəfdir. Ən problemli ssenari, mövcud böhran nəticəsində İranda daha sərt xətt tərəfdarlarının hakimiyyətə gəlməsidir ki, bu da ABŞ və İsraili vaxtaşırı bu ölkə ərazisinə hava zərbələri endirməyə vadar edə bilər. Aydındır ki, vəziyyət bu cür uzun müddət davam edə bilməz. Lakin İran ətrafında uzunmüddətli gərginliyin azaldılması üçün yeni fürsət pəncərəsi, ABŞ-ın növbəti administrasiyası dövründə açılacaq” deyə, o bildirib.

Politoloq deyib ki, müəyyən bir nəqliyyat dəhlizinin keçdiyi ölkələr arasında ciddi gərginlik riski olduğu müddətcə, yük daşımalarının əlavə çətinliklərlə üzləşmə ehtimalı qalır:
 “Məlum olduğu kimi, Bakının müxtəlif mərhələlərdə təkcə Moskva ilə deyil, həm də Tehranla fikir ayrılıqları olub. Buna baxmayaraq, Moskva və Bakı qarşılıqlı gərginlik dövründə belə, bu marşrutunun inkişaf perspektivlərini qorumağa çalışıblar: “Məsələn, 2025-ci ilin avqust ayında, Rusiya ilə Azərbaycan arasında yumşalmadan danışmaq hələ tez olduğu bir vaxtda, iki ölkənin Hökumətlərarası Komissiyasının iclası keçirildi və burada digər məsələlərlə yanaşı, bu dəhlizin inkişafı da müzakirə edildi”.
“APN Şimal-Qərb qəzeti”nin redaktoru Andrey Dmitriyevin sözlərinə görə, Şimal-Cənub Dəhlizi haqqında söhbətlər indilikdə yersiz görünür. “Üstəlik, mövzunun özü yeni deyi. İran rejimi devrilərsə və vətəndaş müharibəsi başlayarsa və ya qərbyönümlü bir hökumət hakimiyyətə gələrsə, dəhlizin işləməsi ehtimalı azdır. Əgər mövcud hakimiyyət qalarsa, Azərbaycanla qarşıdurmada olacaqlar. Bu, artıq hazırkı müharibədə nümayiş etdirilib, uzunmüddətli münasibətlər də gərgin olaraq qalacaq”. Politoloq təklif edib ki, prioritet Azərbaycan olmadan birbaşa İrana dəniz nəqliyyatı olmalıdır və bu da ən qısa yoldur. Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin Siyasi Elmlər kafedrasının dosenti Dmitri Yejov deyir ki, müharibənin Şimal-Cənub dəhlizinin perspektivlərini arxa plana atdığı göz qabağındadır.
 


Məqalədə irəli sürülən yanaşma daha çox geosiyasi riskləri ön plana çıxarsa da, bu, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin real mahiyyətini tam əks etdirmir. Dəhlizi yalnız Rusiya–İran kontekstində təqdim etmək və Azərbaycanın rolunu kölgələmək əlbəttə ki, yanaşmadır.

Əslində, Azərbaycan bu layihənin əsas həlqələrindən biridir və onun coğrafi mövqeyi alternativsiz tranzit imkan yaradır. Bakı olmadan dəhlizin effektiv və davamlı işləməsi çətin görünür. Bu baxımdan “Azərbaycan olmadan marşrut” ideyası daha çox qərəzli ideyadır, reallıqla əlaqəsi yoxdur.
İran müharibəsi ilə bağlı arqumentlərdə müəyyən həqiqət payı daşısa da, bu, layihənin perspektivlərini tamamilə şübhə altına almır. Əksinə, qlobal qeyri-sabitlik şəraitində alternativ nəqliyyat xətlərinə ehtiyac daha da artır və bu sözügedən dəhlizin əhəmiyyətini gücləndirir.
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Mart 2026 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri