Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Azərbaycanı hədəfə Gergerlioğluna SƏRT CAVAB

Azərbaycanı hədəfə Gergerlioğluna SƏRT CAVAB

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin DEM Partiyasından olan deputatı Ömer Faruk Gergerlioğlu növbəti dəfə Azərbaycanı hədəfə alıb.

Dəfələrlə Azərbaycanı İsraillə qarşılıqlı maraqlara söykənən əlaqələrinə görə pisləyən deputat bu dəfə Fələstin tərəfdarı 12 fəalın olduğu "Madeline" gəmisinin Qəzza zolağı sahilinə buraxılmaması ilə bağlı paylaşım edib və aidiyyatı olmadan Azərbaycanı günahlandırıb.

"Belələrinin çıxışları təəccüb doğurmur"

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, Gergerlioğlu DEM Partiyasının üzvü olduğundan onun açıqlamaları heç də təəccüb doğrumur:

“Ömer Faruk Gergeroğlunun kimliyi bəllidir. İlk növbədə baxmaq lazımdır ki, o hansı zehniyyəti təmsil edir. Bu adam DEM Partiyasından olan deputatdır. Həmin partiya onun yaşadığı Türkiyə Cümhuriyyəti dövlətinə belə xəyanətkar mövqedədir. Bu adam da həmin xəyanətkar zehniyyətin daşıyıcısıdır. Azərbaycan-Türkiyə münasibətlərinə həmişə bunlar zərbə vurmağa çalışırlar. İki öıkə arasındakı dostluğun, qardaşlığın əleyhindirlər. Ona görə də, o adamın zaman-zaman Azərbaycan əleyhinə millət vəkili olaraq açıqlamalarına heç təəccüblənmədim. Türkiyədə ağlı səlim olanlar, vətənsevərlər bu adamın kimə və nəyə xidmət etdiklərini bilirlər. Azərbaycan-Türkiyə münasibətləri Ömer Faruk Gergerlioğlu kimilərinin deyimləri üzərində qurulmayıb. Azərbaycanla Türkiyə arasında bağlar çox güclüdür.  Bizim ortaq şəhidlikərimiz, qan bağımız var. Bizim tariximiz, taleyimiz ortaqdır. Zaman-zaman belə açıqlamalar, bu dostluğa,qardaşlığa zərbə vura bilməz. Türkiyədə yüzlərlə, minlərlə insananın onun cavabını verəcəyinə əminəm”.

T.Rüstəmxanl vurğulayıb ki, Azərbaycan heç vaxt xarici siyasətində Türkiyənin əleyhinə olacaq hansısa anlaşmanın və düşüncənin içərisində olmaz:

“Azərbaycan müstəqil dövlətdir. Azərbaycan xarici siyasətində heç vaxt Türkiyənin əleyhinə olacaq hansısa anlaşmanın və düşüncənin yanında olmaz. Necə ki, Türkiyəmiz də həmişə bizə qarşı eyni münasibəti bəsləyib. Amma bir dövlət olaraq, əlbəttə, müharibə zamanı yanımızda olan Pakistan və İsrail də daxil olmaqla digər ölkələrlə də əlaqələr olacaq. Yəni müstəqil xarici siyasət yeridiləcək. Din qardaşımız dediyimiz İranın qarşımızda olmasına baxmayaraq, İsrail Azərbaycanın yanında olmuşdu”.

"Bunlar ürək bulandırırlar"

Parlamentari Gergerlioğlu kimiləri milçəyə oxşadıb:

“Bu o demək deyil ki, Azərbaycan İsrailin Qəzzada etdiklərinə haqq qazandırır. Kimsə bunu deyə bilməz. Şəxsən mənim millət vəkili olaraq, bununla bağlı yazılarım olub. Niyə o soruşmur ki, Ermənistanın Xocalıda törətdiyi qətliama üzvü olduğu, ideyasını daşıdığı partiyanın bir açıqlaması varmı? Bir onu da söyləsin. Bu qədərmi Türkiyəni, islamı çox sevir və sayğıldır. Əgər belədirsə, Qarabağ müharibəsində İran nədən Azərbyacanın yanında deyil də qarşısında oldu? Belə bir açıqlaması varmı? Bu adamlar səmimi deyillər. Belə bir zehniyyət hər zaman bu coğrafiyada yaşayan insanların, millətlərin bir-birilə düşmən olmağının tərəfdarı olub. Bu açıqlama bir şey deyil. Bizdə bir el məsəli var: "milçək bir şey deyil, könül bulandırır". Könül bulandıranlardır, bunlar. Buna Azərbaycan dövləti də, milləti də getməyəcək. Belə açıqlamalar Azərbaycanı heç narahat etməz. Çünki Azərbaycan-Türkiyə ilə bağı o qədər möhkəmdir ki, onun təmsil etdiyi zehniyyəti, erməni zehniyyəti də buna daxildir. Yenə bir el misalı ilə buna cavab verim: “yel qayadan nə aparar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri