Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Azərbaycanı şərlədi, indi də Bakıya gəlir....

Azərbaycanı şərlədi, indi də Bakıya gəlir....

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vardanyan üçün “həyəcanlanan” pakistanlı hüquq müdafiəçisi ölkəyə buraxılacaqmı?
Özünü hüquq müdafiəçisi sayan pakistanlı, 2016-cı ildə “Avrora” mükafatına namizəd və 4 finalçıdan olmuş Səidə Qulam Fatimə Ruben Vardanyanın məhkəməsində iştirak etmək üçün Bakıya gəlməyi planlaşdırır. Bu barədə o, X-dəki mikrobloqunda yazıb. Pakistanlı qadın qeyd edib: “Ədalətsizliyi uzaqdan qınamaq asandır, real dəyişiklik hərəkət tələb edir. Ona görə də Ruben Vardanyanın işi üzrə məhkəmədə iştirak etmək üçün Bakıya getmək qərarına gəldim. Pakistanlılar Azərbaycana sərbəst səyahət edə bildiyi üçün Bakıya gedib Rubenin başına gələnləri, onun hansı şəraitdə saxlanıldığını və ona qarşı hansı məhkəmə prosesinin getdiyini görmək istəyirəm”.
Daha sonra o, “hüquq müdafiəçilərini və bütün laqeyd olmayan insanları Vardanyanın azadlığı uğrunda mübarizəyə” çağırıb. “Həbsindən əvvəl mən Ruben Vardanyanla bir neçə dəfə görüşmüşəm. O, gözəl və məsum insandır. O, əziyyət çəkməməlidir. Bütün hüquq müdafiəçiləri səsini ucaltmalı, Vardanyanın azadlığı uğrunda mübarizə aparmalıdır. Biz Rubeni tək qoymamalıyıq. O, çox yaxşı insandır, humanistdir, insan haqları və sülh üçün mübarizə aparıb, ona görə də bu vəziyyətə düşməməlidir”, - deyə o ərz edib. Qeyd edək ki, “Avrora”nın maliyyəçilərindən biri çirkli pulları yumaq üzrə “usta” Ruben Vardanyan olub. Beləcə Səidə Qulam Fatimənin canfəşanlığının səbəbi aydın olur. Onun Rubenlə qoşa şəkli də var.
Qəribədir deyilmi? Pakistanlı “hüquq müdafiəçisi” Azərbaycanın müsəlman əhalisinə qarşı etnik təmizləmələr, soyqırımları, digər hərbi cinayətlər törətmiş, dövlətimizə və xalqımıza uzun illər meydan oxumuş xuntaçıları müdafiə etmək niyyətindədir. Görəsən, Xocalı soyqırımı törədiləndə bu “ədalət carçısı” harada idi, niyə indiyədək bir dəfə öz etiraz səsini qaldırmayıb? Bəs 44 müharibə zamanı Gəncə, Tərtər, Bərdə bombalananda, günahsız insanlar, körpələr qətliam ediləndə harada gizlənmişdi? Yaxud Vardanyan və dostlarının pulları, təşkilatçılığı hesabına Qarabağda basdırılmış minalardan yüzlərlə dinc azərbaycanlının həyatını itirməsi və ya ağır xəsarət alması? Bundan da bixəbərdir? Səidə Qulam Fatimə Azərbaycana buraxılacaqmı?

Çingiz Qənizadə
“Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə təəssüf etdi ki, dost və müsəlman Pakistanın belə bir insan haqları müdafiəçisi var imiş. Onun sözlərinə görə, Səidə Qulamın əvvəlcədən Vardanyanla tanışlığının olması burada xüsusi çəki daşıyır. Ç.Qənizadə bildirdi ki, onun Bakıya gəlməsində heç bir məhdudiyyət yoxdur və Vardanyanla görüş üçün dövlətin müvafiq orqanlarına müraciət edə bilər: “Sadəcə, onun çıxışı siyasi kampaniya aparmağa fokuslanıb. Pakistanlı müdafiəçi yaxşı bilir ki, Vardanyan saxlanma şəraitindən narazı deyil, ailəsi ilə əlaqə saxlanmasına şərait yaradılır, Ombudsman və eləcə də” Qırmızı Xaç" onunla görüşür, məhkəmədə də tərcüməçi ilə təmin edilib. Başqa nə olmalıdır ki? Özünün də bu günlərdə səs yazısı yayıldı, saxlandığı şəraitdən razılıq etmişdi, azərbaycanlılara təşəkkürünü bildirmişdi. Ona görə də Səidə Qulamın açıqlamaları beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək niyyəti kimi qəbul olunmalıdır".
Hüquq müdafiəçisi qeyd etdi ki, hazırda Vardanyan və digər təqsirləndirilən erməniəsilli şəxslər barəsində şou xarakterli kampaniya aparılır: “Gah onları siyasi məhkum adlandırırlar, gah əsir olduqlarını iddia edirlər, gah da fiziki təzyiqə məruz qaldıqları haqda yalanlar tirajlayırlar. Ermənistan hakimiyyəti də bu prosesdə iştirak edir. Bu da daxili işimizə müdaxilədir. Həmin şəxslər konkret maddələr və sübutlar əsasında mühakimə olunurlar. Onların Azərbaycan ərazilərində törətdikləri cinayətlə bağlı məhkəmə istintaqı aparılır. Əminəm ki, layiqli cəzalarını da alacaqlar. Onlar hərbi canidir və əməlləri sübuta yetirilməkdədir. Biz istər pakistanlı, istər avropalı aktivistlərin hay-küyünə məhəl qoymadan işimizi görməliyik. Yəni obyektiv məhkəmə prosesi aparılır, özləri də etiraf edirlər ki, hansı cinayətlərə yol veriblər. Araik Arutyunyan təsdiqlədi ki, onlara əmrlər Ermənistan hərbi rəhbərliyindən verilib”.
Ç.Qənizadə onu da vurğuladı ki, Vardanyanın yaxınları onun müdafiə kampaniyasını təşkil edir, bunun üçün müxtəlif media resurslarından, hüquq müdafiəçilərindən istifadə edirlər: “Bununla siyasi don geyindirmək, dünya ictimaiyyətinin marağını cəlb etmək məqsədi güdülür. Amma beynəlxalq aləmin reaksiyası onların gözlədiyi kimi deyil. Bunun da səbəbi Vardanyanın əsl mahiyyətinin nədən ibarət olmasıdır. Onun istər Qarabağda, istər Donbasda separatizmi dəstəkləməsi, maliyyələşdirməsi haqda çoxsaylı faktlar yayılıb. Ən əsası isə heç zaman Qarabağda olmamış biri kimi sərhədi qanunsuz keçərək ərazilərimizə daxil olub, burada qondarma qurumun "dövlət naziri" təyin edilib. Üstəlik, Rusiya vətəndaşlığından imtina edərək bu addımı atıb. Sonrakı dönəmdə Azərbaycana qarşı hədyanlar, təhdidlər səsləndirib, Xankəndidə mitinq təşkil edərək erməni əhalisini ölkəmizə qarşı silahlanmağa çağırıb, deyib ki, təslim olmayacaqlar. Bütün bu sübutlar ortadadır. Eyni zamanda son məhkəmə prosesində dövlət ittihamçıları onun yazışmalarını, bütün gizli əlaqələrini üzə çıxarıblar, onun hansı cinayətlərə əl atdığı ortaya qoyulub, lakin Vardanyan ifadə verməyib. Bunlar hamısı sübutdur. O baxımdan, kimin onu müdafiə etməsinə baxmayaraq, qanun çərçivəsində cəzasını alacaq".
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see331

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see327

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see320

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see319

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see282

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see220

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see218

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see216

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see206

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see203

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see187

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see179

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see176

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see171

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see161

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see156

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri