Icma.az
close
up
RU
Vardanyanın ailəsi də Azərbaycanı şərlədi Zəng etmədiyi yer qalmayıb...

Vardanyanın ailəsi də Azərbaycanı şərlədi Zəng etmədiyi yer qalmayıb...

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda həbsdə olan keçmiş mifik strukturun uydurma dövlət naziri Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Eggerə məktub yazıb.

Turkustan.az Ermənistanın "Hraparak" nəşrinə istinadla xəbər verir ki, Vardanyanın xanımı Azərbaycandakı erməni məhbusların hüquqi statusu ilə bağlı BQXK tərəfindən aydınlıq gətirilməsini istəyib.

Veronika Zonabend qeyd edib ki, “Məhkəmə proseslərində fundamental təminatların olmaması və ittihamların faktiki və hüquqi əsasının olmaması nəzərə alınmaqla, Azərbaycandakı açıq-aşkar qüsurlu məhkəmə prosesləri işığında aydınlaşdırmaya ehtiyac var”.

O, BQXK nümayəndələrinin Vardanyan və digər erməni məhbusları hansı əsasla ziyarət etdiklərinin konkret hüquqi statusunun aydınlaşdırılmasını xahiş edib: "Biz bilmək istəyirik ki, hərbi əsir, təhlükəsizlik səbəblərindən saxlanılmış, internatda saxlanılmış, yoxsa başqa statusları var?"

Zonabendin sözlərinə görə, "erməni məhkumların qohumları onların səhhətindən narahatdırlar".

Xatırladaq ki, BQXK Bakıda yerləşən ofisi ötən ildən fəaliyyətini dayandırıb. Bu qurumun ölkəmizdə mövcudluğu zəruri deyil. Çünki hər hansı eskalasiya vəziyyəti, fövqəladə hal yoxdur. Erməni məktublara isə həm Ombudsmanlıq baş çəkir, həm ailələri ilə telefon əlaqəsinə şərait yaradılır, həm də saxlanma şəraitindən narazılıq bildirməyiblər. Onların səhhəti ilə bağlı narahatlığa da əsas yoxdur. Sadəcə, Vardanyanın ailəsi mütəmadi olaraq onun həbsi faktını beynəlxalq təşkilatların diqqət mərkəzinə gətirməyə çalışır.

Barəsində hökm çıxarılmış erməni məhkumların statusuna gəlincə, Zonabend yaxşı bilir ki, əri də daxil olmaqla hamısı hərbi cinayətkarlardır və separatçılıq, terrorçuluqla məşğul olub, Azərbaycanın suverenliyinə təhdid yaradan fəaliyyət göstəriblər.

Bildirək ki, bundan qabaq News.am dezinformasiya yaymışdı. Guya martın 13-də ailəsi ilə telefon danışığı zamanı Ruben Vardanyan Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya açıq müraciət etməyə çalışsa da, telefon danışığı kəsilib. Ombudsman Aparatı ittihama faktlarla cavab vermişdi. İndi də Vardanyanın xanımı gah məktub yazır, gah müsahibələr verir, məsələni gündəmdə saxlayır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan 20 il azadlıqdan məhrum edilib. Məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Mart 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri