Icma.az
close
up
RU
Azərbaycanın ABŞ dakı səfirliyində işləmiş keçmiş diplomata 10 il həbs istənildi

Azərbaycanın ABŞ dakı səfirliyində işləmiş keçmiş diplomata 10 il həbs istənildi

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın ABŞ-dakı səfirliyində və Uruqvaydakı diplomatik missiyada işləmiş, hazırda isə həbsdə olan keçmiş diplomat Emin İbrahimovun işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizimyol.info xəbər verir ki, martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyilə keçirilən məhkəmə prosesində prokuror çıxış edərək, keçmiş diplomatın 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı Cövdət Mehrəliyev çıxışında bildirib ki, Emin İbrahimov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddələrilə təqsirli bilinməlidir.

İttihama əsasən, Emin İbrahimov Kamal Şükürov adlı şəxsə bıçaqla xəsarət yetirib. Cinayət işində göstərilib ki, hadisə 22 iyul 2024-cü ildə Nizami rayonu, Məmmədov küçəsində - “Laçın” ticarət mərkəzinin yaxınlığında baş verib. Onlar piyada hərəkət edərkən Kamal Şükürova çiyni ilə ona toxunub. Bu səbəbdən mübahisə ediblər. Nəticədə Emin İbrahimov üzərindəki bıçaqla onun qarın nahiyəsinə bir dəfə zərbə vurub.

Emin İbrahimov bu ittihamı qəbul etmir, məhkəmədə də özünü təqsirli bilməyib. O deyib ki, heç kimi bıçaqlamayıb, ona qarşı irəli sürülən ittiham uydurmadır.

Keçmiş diplomatın vəkili Fəxrəddin Mehdiyev müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi aprelin 11-nə qədər təxirə salınıb.

Emin İbrahimov 2020-ci ildə Xarici İşlər naziri Elmar Məmmədyarova məktub yazaraq, öz ərizəsi ilə diplomatik xidmətdən azad olunmasını istəyib.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Mart 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri