Icma.az
close
up
RU
Azərbaycanın ABŞ dakı səfirliyində işləmiş keçmiş diplomat məhkəmə qarşısında: “Özümü müdafiə eləməyəcəm...”

Azərbaycanın ABŞ dakı səfirliyində işləmiş keçmiş diplomat məhkəmə qarşısında: “Özümü müdafiə eləməyəcəm...”

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaxtilə Azərbaycanın ABŞ-dakı səfirliyində və Uruqvaydakı diplomatik missiyada işləmiş, hazırda həbsdə olan keçmiş diplomat Emin İbrahimovun məhkəməsi başlayıb. Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddələrilə ittiham olunan keçmiş diplomatın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bizimyol.info xəbər verir ki, fevralın 12-də hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Emin İbrahimovun vəkilinin yanında əyləşməsinə icazə verilib.

Məhkəmədə daha sonra prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib. İttihama əsasən, Emin İbrahimovla zərərçəkmiş qismində tanınan Kamal Şükürov arasındakı hadisə 22 iyul 2024-cü ildə Nizami rayonu, Məmmədov küçəsində - “Laçın” ticarət mərkəzinin yaxınlığının baş verib. Onlar piyada hərəkət edərkən Kamal Şükürovla çiyni ilə ona toxunub. Bu səbəbdən mübahisə ediblər. Nəticədə Emin İbrahimov üzərindəki bıçaqla onun qarın nahiyəsinə bir dəfə zərbə vurub.

Hakim Vüqar Quliyev izah edib ki, Cinayət Məcəlləsinin 221.3 maddəsində 5 ilə qədər, 126.2.4 maddəsində isə 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Emin İbrahimov özünü təqsirli bilməyib. O deyib ki, ona qarşı irəli sürülən ittiham uydurmadır: “Mən ötən məhkəmə iclasında da dedim, bir daha təkrar edirəm, başdan ayağa uydurmadır. Hamı bilir ki, belə hadisə baş verməyib və mən təqsirsizəm. Ona görə da özümü müdafiə eləməyəcəm. Yalnız müəyyən məsələlərə münasibət bildirəcəm. Mən tamaşada rol oynamaq istəmirəm”.

O, əlavə edib ki, məhkəmədən də ədalətli hökm gözləmir. Hesab edir ki, onun haqqında azı 8 il azadlıqdan məhrumetmə hökmü çıxarılacaq.

Keçmiş diplomatın sözlərinə görə, o, heç bir cinayət törətməyib, günahı olmadığı halda, həbsdə saxlamaqla ona qarşı cinayət törədilir.

Daha sonra zərərçəkmiş qismində Kamal Şükürov ifadə verib. O bildirib ki, hadisədən əvvəl Emin İbrahimovu tanımayıb, onunla ədavəti olmayıb. Onun sözlərinə görə, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yaşayır, “Laçın” və “Sədərək” ticarət mərkəzlərinə mal çatdırmaqla məşğul olub. Hadisə günü tıxac olduğunu və səkidə gedərkən çiyni ilə Emin İbrahimova toxunduğunu deyən zərərçəkmişin sözlərinə görə, qarşı tərəf ona təhqirlə cavab verib. Daha sonra bir-birinin sinəsindən tutub, dava ediblər: “Sonra qarnımda istilik hiss elədim. Yerə çökdüm. Gördüm qan axır. Təcili yardıma və polisə özüm zəng etdim. Məni xəstəxanaya apardılar”. O, əlavə edib ki, təqsirləndirilən şəxs indiyədək üzr istəməyib, aralarında barışıq yoxdur.

Keçmiş diplomatın məhkəməsi martın 12-də davam edəcək.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Fevral 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri