Icma.az
close
up
RU
Azərbaycanın adını dünyada yüksəldən alim

Azərbaycanın adını dünyada yüksəldən alim

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanı dünyada ta­nıdan soydaşlarımız” silsiləsin­dən bugünlərdə “Xalq qəzeti” redaksiyasının növbəti qonağı uzun illərdən bəri xarici aləm­də elm və texnologiya sahəsin­də önəmli fəaliyyəti ilə seçilən, böyük nüfuz qazanan görkəmli azərbaycanlı alim, fizika-riya­ziyyat elmləri doktoru, professor Əmirulla Məmmədov oldu.

Xatırladaq ki, soydaşımız hazırda Türkiyənin ən nüfuzlu ali təhsil müəs­sisələrindən biri olan Ankara Bilkənd Uni­versitetində Nanotexnologiya Araşdırma­ları Mərkəzində baş elmi işçi kimi çalışır. Həmyerlimiz qardaş ölkədə müdafiə səna­yesi və yüksək texnologiyalar sahəsində həyata keçirilən strateji layihələrin icrası­na töhfələrini davam etdirir. Geniş huma­nitar fəaliyyət göstərən Əmirulla müəllim Türkiyə–Azərbaycan Dostluq, Əməkdaş­lıq və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurasının üzvü, Azərbaycanlı Elm Adamları Dərnəyinin qurucusu və sədridir.

Qonağı salmalayan “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov bildirdi ki, Azərbaycanın yetişdirdiyi elm adamları dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərərək həm yaşadıqları cəmiyyətlərin elmi inkişafına töhfə verir, həm də ölkə­mizin intellektual potensialını beynəlxalq aləmdə tanıdırlar. Xarici universitetlərdə, elmi-tədqiqat mərkəzlərində və yüksək texnologiyalar sahəsində çalışan belə zi­yalılarımız milli maraqların müdafiəsində, Azərbaycan həqiqətlərinin təbliğində və elm sahəsində əməkdaşlığın genişləndiril­məsində də mühüm rol oynayırlar.

Bu sırada professor Əmirulla Məmmə­dovun elmi və ictimai fəaliyyəti xaricdə yaşayıb çalışan alimlərimiz arasında zən­ginliyi və vətənimizlə bağlılığı baxımından xüsusi seçilir. Onu redaksiyamızla da sıx dostluq əlaqəsi birləşdirir. Budəfəki görü­şümüz sevimli alimimizin 80 illik yubile­yinə ölkəmizdə hazırlıq tədbirlərinə təsadüf edir. Kollektivimiz dünya şöhrətli alimimi­zi üzbəüz görüşlə təbrik etməkdən şərəf və məmnunluq duyur.

Baş redaktor bildirdi ki, görkəmli alim ali təhsilini Azərbaycan Dövlət Universite­tinin fizika fakültəsində alıb. O tələbəlik illərindən elmi yaradıcılığa dərin marağı ilə seçilib. Milli Akademiyanın odövrkü prezidenti Həsən Abdullayev perspektivli tədqiqatçı kimi onu yarımkeçiricilər fizika­sı sahəsində araşdırmalara cəlb edib. Gənc fizikin elmi hazırlığı və çalışqanlığı İttifaq əhəmiyyətli tədqiqatlarda iştirak etmək im­kanı qazandırıb.

Əflatun Amaşovun yığcam təqdima­tı, Əmirulla Məmmədovun keçdiyi şərəfli ömür yolu ilə bağlı öyünclü xatirələri və əməkdaşlarımızın suallarına cavabları bu görkəmli elm xadiminin yubiley portretinə çevrildi. 

Oxucularımızın nəzərinə çatdıraq ki, Azərbaycan elminin bu yetirməsinin funda­mental axtarışları və tətbiqi ideyaları qısa müddətdə beynəlxalq dairələrin də mara­ğına səbəb olub. Keçmiş Sovet İttifaqının müxtəlif elmi mərkəzlərində çalışdığı dövr­lərdə onun araşdırmaları xarici mütəxəssis­lərin diqqətini cəlb edib. Sonralar ABŞ-ın və Yaponiyanın nüfuzlu universitetlərində elmi fəaliyyət göstərən soydaşımız burada yeni tədqiqat istiqamətlərinə öz töhfəsini verib, yüksək texnologiyalar sahəsində cid­di nəticələr əldə edib. 

Professor Əmirulla Məmmədovun na­dir elmi zəkası və əldə etdiyi nəticələr ona Şərqdə də, Qərbdə də böyük nüfuz qazan­dırıb. Alimin fəaliyyəti yalnız fundamental elm sahəsi ilə məhdudlaşmayıb, müdafiə sənayesi və tətbiqi texnologiyalar istiqamə­tində də maraq doğurub.

Alimin Azərbaycanla bağlı araşdırma­ları isə Dövlət mükafatına layiq görülüb.

Davamlı elmi tədqiqatla yanaşı, Əmi­rulla Məmmədov dünyanın nüfuzlu uni­versitetlərində mühazirələr də oxuyub, ölkəmizin beynəlxalq elmi əməkdaşlığı­nın genişlənməsinə öz dəstəyini göstərib. Görkəmli fizik Türkiyəyə xüsusi dəvət alandan sonrakı illərdə bu ölkədə müdafiə sənayesi ilə bağlı araşdırmalarını uğurla da­vam etdirib, strateji layihələrdə elmi məs­ləhətçi kimi fəal iştirak edib.

Professor Əmirulla Məmmədov elmi fəaliyyəti ilə yanaşı, ictimai və diaspor sahəsindəki xidmətləri ilə də seçilən ziya­lılardandır. O, uzun illərdir ki, Türkiyədə yaşayan azərbaycanlıların təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Onun Türkiyə – Azər­baycan dostluq münasibətlərinin inkişafın­da xidmətləri hər iki ölkədə qədirbilənliklə dəyərləndirilir. 

Türkiyədə fəaliyyət göstərən nüfuz­lu ictimai qurumlarda təmsil olunan alim, eyni zamanda, Azərbaycanlı Elm Adam­ları Dərnəyinin rəhbəri kimi xaricdə çalı­şan azərbaycanlı alimləri bir araya gətirən təşəbbüslərin də müəllifidir. Onun səyləri nəticəsində elm adamları arasında əmək­daşlıq genişlənib. 

Dünya şöhrətli alim qazandığı uğurların təməlində ümummilli lider Heydər Əliyevin ölkəmizdə istedadlı gənclərə göstərdiyi müstəsna diqqət və qayğının da dayandığını minnətdarlıqla xatırladı. O bildirdi ki, Azər­baycan DTK-sına yeni rəhbər təyin edilmiş general Heydər Əliyev bu önəmli qurumda milli kadrların sayını çoxaltmaq məqsə­dilə bir qrup tələbə gənclə görüş zamanı Əmirulla Məmmədovla da söhbət edib, elmi marağının ciddiliyini görüb ona bu sahədə çalışmağı məsləhət görüb. 

Ulu öndər Azərbaycan rəhbəri olanda isə Əmirulla Məmmədova ABŞ-dan gəl­miş və Moskvada narazılıqla qarşılanmış elmi dəvətə icazə verilməsinə nail olub, bu dəfə də ona uğur arzulayıb. Müstəqil Azər­baycanın Prezidenti kimi Heydər Əliyev Türkiyyəyə səfəri zamanı onu qarşılayan­lar arasında Əmirulla Məmmədovu dərhal tanıyıb, uğurlarından xəbərdar olduğunu bildirib. Ulu öndərin bu yüksək diqqəti, həssas münasibəti əvvəllər olduğu kimi, bundan sonra da ona həm elmi, həm də di­aspor fəaliyyətində ilham və güc verib.

Professor Əmirulla Məmmədov keçdi­yi həyat yolu, elmi axtarışları, müasir tex­nologiyaların inkişaf perspektivləri, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlərin fəaliyyət istiqamətləri barədə maraqlı fikir­lərini bölüşdü. 

Görüşdə iştirak edən Əmirulla Məmmə­dovun dostu, Bakı Dövlət Universitetinin kafedra müdiri, Azərbaycanlı Elm Adamları Dərnəyinin Azərbaycan üzrə nümayəndəsi, Əməkdar elm xadimi Arif Səlimov Tür­kiyədə çalışdığı illərdən soydaşımızla tanış olduğunu söylədi. O qeyd etdi ki, professor bu gün də Türkiyə ilə Azərbaycan arasında elmi əlaqələrin inkişafında, gənc tədqiqatçı­ların dəstəklənməsində və xaricdə yaşayan azərbaycanlı alimlərin bir araya gətirilmə­sində önəmli rol oynayır. Onun yüksək insa­ni keyfiyyətləri, elmə bağlılığı və vətənpər­vər mövqeyi də gənc alimlərimizə örnəkdir.

Sonda xatırladaq ki, professor Əmirul­la Məmmədovun həm elmi, həm də ictimai fəaliyyətinə ölkəmizdə ictimai populyarlıq­la yanaşı, dövlət səviyyəsində də yüksək qiymət verilib. O, Azərbaycan Respubli­kasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Diaspor quruculuğu və milli həmrəyliyin möhkəmləndirilməsi sahəsin­də xidmətlərinə görə soydaşımız “Dostluq” ordeni ilə təltif olunub. Bu yüksək müka­fatın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təqdim edilməsi alim üçün xüsusi qürur mənbəyi olub.

Səmimi görüş bir daha göstərdi ki, professor Əmirulla Məmmədov kimi elm adamlarımız dünyanın harasında yaşa­masından asılı olmayaraq, azərbaycanlı alimlər öz bilik və bacarıqları ilə ölkəmi­zin nüfuzunun yüksəlməsinə xidmət edir, Azərbaycanın elmini beynəlxalq aləmdə layiqincə təmsil edirlər. 

Tahir AYDINOĞLU,

Namiq QƏDİMOĞLU

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see418

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see269

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see267

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see262

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see253

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see250

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see248

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see244

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see243

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see241

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see238

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see237

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see233

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see220

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see198

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see194

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see188

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see169

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri